Mənsum İbrahimov “Qarabağ” triosu ilə birgə Hollandiyada
Səfər barədə Lent.az-a danışan Mənsum İbrahimov bildirib ki, ilk konserti aprelin 1-də Belçikanın Antverpen şəhərində olacaq. Növbəti üç konsert isə Hollandiya baş tutacaq - aprelin 2-də Utrex, 3-də Amsterdam, 4-də isə Haaqa şəhərində: “Konsertlərin təşkilatçısı Hollandiyanın məşhur Troppen teatrıdır. Bu dəvət 8 ay əvvəl gəlmişdi. Mən də bu dəvəti məmnuniyyətlə qəbul etdim. Təşkilatçılar tərəfindən konsertə çox ciddi hazırlıq gedir. İnternet saytlarda məlumatlar, elanlar, afişalar, konsertlərin vaxtı və yeri yerləşdirilib. Onu da deyim ki, hər konsertdən öncə mənim haqqımda çəkilən 30 dəqiqəlik film nümayiş olunacaq. Fasilədən sonra isə konsert proqramı başlayacaq”.
Mənsum İbrahimov qeyd edib ki, konsertlərdə “Qarabağ” triosu adı altında çıxış edəcəklər: “Mən, əməkdar artistlər tarzən Elçin Həşimov, kaman ifaçısı Elnur Əhmədov üçlük yaratmışıq, adını da “Qarabağ” qoymuşuq. “Qarabağ” triosu olaraq hər üçümüz işğalda olan Ağdam, Füzuli və Zəngilan rayonlarındanıq. Artıq bir ildir, hansı ölkəyə səfər getsək, bu üçlüyün adını xüsusi vurğulayırıq. Bu konsertlərdə də eləcə. Hətta afişalarda da bu ad qeyd olunub. konsertlərin dördündə də məni Elçin və Elnurla yanaşı, balabanda Nizami Allahverdiyev, nağarada Kamran Kərimov müşayiət edəcək. Ümid edirik ki, səfərimiz uğurla keçəcək”.
Xalq artisti onu da deyib ki, aprelin 4-də Azərbaycanın Hollandiyadakı səfirliyinin təşkilatçılığı ilə görüş də keçiriləcək. Görüşdə musiqiçilərimiz diplomatik korpusun nümayəndələri və azərbaycanlılar qarşısında xüsusi konsert proqramı nümayiş etdirəcəklər.
Sənətçilərimiz aprelin 6-da Vətənə geri dönəcəklər.
Xəyalə Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06