Novruz bayramı İtaliyada da qeyd olundu
“Milan Marriott” mehmanxanasında keçirilən ziyafətə səfirliyin dəvət etdiyi 150 nəfərə yaxın qonaq qatılıb. Səfirlikdən Lent.az-a verilən məlumata görə, qonaqlar arasında Milan şəhərinin və onun yerləşdiyi Lombardiya regionunun ictimaiyyətinin, xarici ölkələrin Milanda fəaliyyət göstərən konsulluqlarının, yerli mətbuatın, eləcə də Milan və onun ətraf bölgələrində yaşayan Azərbaycan diasporasının nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, Novruz bayramının xalqımızın ən qədim ənənəvi bayramlarından olduğunu bildirərək, bayram adətlərindən söhbət açıb. Novruz bayramının eyni zamanda bir sıra digər ölkələrdə də qeyd edildiyini bildirən səfir Novruz bayramının artıq beynəlxalq səviyyədə tanındığını vurğulayıb. V.Sadıqov Novruz bayramının YUNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi, habelə 21 mart tarixinin BMT tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyi barədə qonaqlara məlumat verib.
Daha sonra qonaqlara musiqi proqramı təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konsert zamanı muğam üçlüyü və rəqs qrupu qonaqlara Azərbaycanın xalq musiqisi və milli rəqslərindən nümunələr təqdim ediblər. Proqramda eləcə də italyan incəsənət ustalarının ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib.
Bayram ziyafəti zamanı qonaqlara həmçinin Azərbaycana həsr olunmuş qısametrajlı film göstərilib və ölkəmiz haqqında çap materialları təqdim olunub.
Azərbaycanın İtaliyadakı səfirliyi 2011-ci ildə Romada və İtaliyanın digər bölgələrində ölkəmizin müstəqilliyini bərpa edilməsinin 20 illiyinə həsr edilmiş bir sıra mədəni tədbirlərin təşkilini də planlaşdırılır.

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39