“Gəlin Azərbaycan dilində danışaq” - FOTO
səfirlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycan dilini universitet səviyyəsində və müstəqil şəkildə öyrənənlərə kömək məqsədi ilə hazırlanmış kitaba eyni zamanda ölkəmizin qədim və müasir tarixi, iqtisadiyyatı, mədəniyyəti, dövlətçilik institutları, Azərbaycan-Macarıstan əlaqələri haqqında məlumatlar da əlavə edilib.
Kitabın birinci müəllifi Azərbaycan MEA-nın müxbir üzvi, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulladır. İkinci müəllif Mariya Keneşi Macarıstanın tanınmış türkoloqlarındandır. Azərbaycan dili və ədəbiyyatı sahəsində mütəxəssisdir. 1969-cu ildə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Budapeştdəki Eötvöş Lorand Universitetinin türkologiya kafedrasında çalışır. Hazırda səfirliyin yardımı ilə onun müəllifi olduğu başqa bir praktiki əsər – “Macarca-azərbaycanca danışıq kitabçası” da çap edilməkdədir.
Məlumatda o da bildirilib ki, “Gəlin Azərbaycan dilində danışaq” kitabının elmi redaktoru dünya miqyasında tanınan macar türkoloqu, Macarıstan EA-nın həqiqi üzvü professor Georq Xazaidir.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba “Azərbaycan dilini öyrənməyə dəyər!” başlıqlı müqəddimə yazıb.
Yeni nəşrin ölkənin türkologiya mərkəzlərində yayılması nəzərdə tutulub.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06