Əliqismət Lalayev Beynəlxalq festivala qatılacaq
Festivalda iştirak etmək məqsədi ilə Rusiya Teatr Xadimləri İttifaqı və Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının dəvəti ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev də Sankt-Peterburqa yola düşəcək.
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, festival çərçivəsində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrının səhnəsində qoyulan rejissor N.Çusovanın quruluşunda “Dahi Yekaterina”, K.Strejnevin quruluşunda “www.silikonlu axmaq qız.net”, “Ölü canlar” və “Pişik” tamaşaları nümayiş olunacaq. Festivalın sonuncu günü - aprel ayının 7-də isə Sankt-Peterburqun Aktyor evində “Rusiyanın müəllif müzikli – XXI: biz hara gedirik?…” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.
Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin də qatılacağı dəyirmi masada Moskva və Sankt-Peterburq şəhərlərinin aparıcı teatr tənqidçiləri, musiqili teatrlar üçün libretto yazan müəlliflər, həmçinin Rusiyanın digər musiqili teatrlarının nümayəndələri iştirak edəcəklər. Burada festival çərçivəsində nümayiş olunacaq tamaşalar, eyni zamanda, Rusiya müəlliflərinin son on ildə yazdığı yeni əsərlər müzakirə olunacaq.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06