Yaşar Nuri: “Qorxuram ki, büdrəyərəm...” - FOTO
“Səhnə məlhəmdir, bu məlhəmdən necə imtina etmək olar? Mən səhnəsiz yaşaya bilmərəm. Gələn aydan etibarən mən də səhnədə olacağam. Özümü buna hazırlayıram”.
Lent.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Akademik Milli Dram Teatrının açılışında iştirak edən görkəmli aktyor, yenicə müalicədən Vətənə dönən xalq artisti Yaşar Nuri deyib.
Aktyor illərdir, çalışdığı teatrın açılışında iştirak etməkdən məmnun olduğunu bildirib: “Qayıtmağımın səbəblərindən ən əsası teatrın açılışında iştirak etməkdir. Bəlkə də təmir vaxtı teatrın önündən ən çox keçən mən olmuşam. Hər keçəndə də bu səhnədə yenidən oynamağı arzu edirdim. Çıxış edəcəyəm də. Mən hələ çox yeni rollar oynayacağam. Hazırda yeriməyimdə problemlər var. Ona görə səhnəyə çıxmıram. Qorxuram ki, birdən səhnədə büdrəyərəm. Çünki mən indiyə kimi bir dəfə də səhnədə büdrəməmişəm”.
Yaşar Nuri “Zirvə” mükafatına layiq görüldüyünə görə, Mədəniyyət və Turizm Nazirliyinə də öz təşəkkürünü bildirib və bütün həmkarlarını Milli Teatr Günü münasibətilə təbrik edib.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06