Ekvador və Azərbaycan musiqiçiləri bir arada - FOTO
02 mart 2011 14:20 (UTC +04:00)

Ekvador və Azərbaycan musiqiçiləri bir arada - FOTO

Belə layihələrdən biri də martın 11-də Heydər Əliyev Sarayında keçiriləcək “Salam-Hola” layihəsidir. Lent.az-ın məlumatına görə, konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə baş tutacaq. Layihədə Cənubi Amerikadan – Ekvadordan olan “Altiplano” musiqi qrupu ilə Azərbaycan musiqiçilərinin sintez musiqisi səslənəcək. “Altiplano” və musiqiçilərimiz gənc və istedadlı Muğam ifaçıları ilə birgə çıxış edəcəklər.
“Altiplano” qrupunu və muğam ifaçılarımızı Siyavuş Kərimi (piano), Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (Balaban), Kamran Kərimov (nağara) müşayiət edəcək. Xanəndələrdən isə Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadə, Bəyimxanım Mirzəyeva, Təyyar Bayramov, Vəfa Orucova, İlkin Əhmədov, Güllü Muradova və Ehtiram Hüseynov çıxış edəcək.
Xatırladaq ki, xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə 2002-ci ildə bir araya gələn Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə fəaliyyəti elə həmin ildə Bakıda baş tutmuş konsertlə başlayıb. Həmin konsertdən sonra “Altiplano” qrupunun ifası Rafiq Babayev adına səsyazma studiyasında lentə alınıb, 2002-2006-cı illərdə həmin studiyada sintez üçün işlənilib hazırlanıb. Bu müddət ərzində Azərbaycanın aparıcı musiqiçilərindən Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Polad Bülübüloğlu, Zabit Nəbizadə, Aygün Bayramova, Nazpəri Dostəliyevə, Lalə Məmmədova, eləcə də instrumental ifaçılardan Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Elşad Abdulrəhimovun ifaları yazılıb. Əldə olunmuş musiqi nömrələri 2007-ci ildə Norveçin “Kirkelis Kulturverskted” şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin ildə “Transatlantic non-stop” marka adı altında hazırlanmış alboma daxil edilib. 2007-ci ilin aprel ayı üçün Moskvanın “Dünya Albomları” musiqi onluğuna daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011

Oxşar yazılar