Teatr Muzeyinin veb-saytı təqdim olunacaq
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, sayt “Musiqi Dünyası” jurnalı redaksiyası tərəfindən muzeyin fondunda qorunan materiallar əsasında hazırlanıb. Sayt “Musiqi Dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov tərəfindən təqdim ediləcək. Muzey sahəsi üzrə respublikada ilk dəfə olaraq 3D texnologiyaları əsasında tərtib edilmiş veb-saytın hazırlanmasını bu sahədə atılan mühüm addım hesab etmək olar. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və fondlarda qorunan eksponatların bir qisminin elektron variantı hazırlanaraq saytda yerləşdirilib. Zallar üzrə üç dildə virtual tur təşkil olunub.
Saytda SSRİ xalq artistləri Sidqi Ruhulla, Adil İsgəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanalı, xalq artistləri Həqiqət Rzayeva, İsmayıl Hidayətzadə, Şəmsi Bədəlbəyli, xalq rəssamları Əzim Əzimzadə, Bədurə Əfqanlı, Kamil Xanlarov, İsmayıl Axundov, Kazım Kazımzadə kimi bir çox sənətkarların şəxsi arxivləri, eləcə də respublikada fəaliyyət göstərən dövlət teatrlarına aid materiallar yerləşdirilib.
Layihə çərçivəsində XIX əsrin sonları XX əsrin əvvəllərinə aid müxtəlif tamaşaların səhnələrini əks etdirən şüşə neqativlər təmizlənərək saytda nümayiş olunur. Muzeyin fonoteka şöbəsində qorunan nadir video yazılar da saytda öz əksini tapıb. Bu bölmədə sənət ustalarının səs yazılarını, onlar haqqında söylənilən xatirələri dinləmək, həm də bir sıra tamaşaları seyr etmək mümkündür.
Muzeyin kitabxana fondunda toplanmış kitablar, o cümlədən elmi məqalələr, resenziyalar da işlənərək sayta təqdim olunub, materiallar ədəbi tənqid, musiqi, rəssamlıq, teatr tənqidi və bədii ədəbiyyat bölmələri üzrə yerləşdirilib.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06