Firdovsi Atakişiyev və Sənubər İsgəndərli seriala çəkiliblər
Serialı hazırlayan “Jan-As Creative Grup”un mətbuat katibi Rəşad İsmayılovun Lent.az-a verdiyi məlumata görə, ailə-məişət mövzusunda, treyler-melodram janrında olan 13 seriyalı televiziya filmi Mahir Cananovun “Ailə Bağları” romanı əsasında çəkilib. Serialın əsas rol ifaçıları seçilib və sınaq çəkilişləri baş tutub: “Bu layihəni hazırlamaqda məqsədimiz Azərbaycanın efir məkanında serial boşluğunu keyfiyyətli məhsulla doldurmaq, eyni zamanda ölkədə gənc kino mütəxəssislərinin bacarıqlarını ön plana çıxarmaqdır. Hazırda layihənin təqdimat mərasimini keçirməyə hazırlaşırıq, serialın treyler və tizer kadrları çəkilib, səsyazma və montaj işləri gedir. Serialın elektron ünvanı, yəni saytı hazırlanır. Ümumiyyətlə, layihə “pre-prodakşn” mərhələsindədir. Onu da qeyd edək ki, serial-layihənin rəhbəri, hələ adını açıqlamaq istəmədiyimiz, bir çox məşhur türk serialının istehsalçı şirkətlərindən biridir”.
R.İsmayılov bildirib ki, baş rollarda əməkdar artistlər Firdovsi Atakişiyev və Sənubər İsgəndərli çəkilib. Filmin ssenari müəllifi və baş prodüseri Mahir Cananovdur. Filmdə həm də əcnəbi aktyorlar (D.Bondarçuk, P.Qryaznov, E.Kalinina, O.Svoyskaya) çəkiliblər. Quruluşçu rejissor Elnaz Əbluc, operator Mətləb Yaqubovdur. Serialda Türkiyə, Ukrayna, Rusiya və Gürcüstandan olan peşəkar mütəxəssislər də çalışıb.
Çəkilişlər Azərbaycan, Türkiyə, Polşa, Ukrayna və Rusiyada aparılıb. Yaxın vaxtlarda, yəni yaz aylarında serialın təqdimat mərasimi keçiriləcək. Serialın 2012-ci ildə tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulub.
Lalə Yusifqızı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06