“Xocalı – şəhid şəhər”
Lent.az-ın məlumatına görə, tədbir Milli Kitabxananın hazırladığı “Xocalı” adlı elektron məlumat bazasının təqdimatı ilə başlayıb. Bu məlumat bazasına “Soyqırım”, “Xocalı rayonu”, “Kitablar”, “Ermənilərin etirafı” kimi bölmələr yerləşdirilib. Artıq bir neçə gündür, dünya oxucuları bu bazadan istifadə edirlər.
Daha sonra kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bu gün təqdim olunan “Xocalı soyqırımı” kitabçası gənclərimizin və xarici qonaqların bu barədə məlumatlandırılması məqsədi ilə tərtib olunub: “Bu məlumat kitabçası Qarabağ döyüşlərində erməni təcavüzkarlarına qarşı vuruşan, ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələri gözləri ilə görən polkovnik Sadir Məmmədov tərəfindən qələmə alınıb. Dünya ictimaiyyətinə müraciətlə başlanan bu nəşrdə Xocalının erməni faşistləri tərəfindən yerlə yeksan edilməsindən, dinc əhalinin rəylərindən bəhs olunur. Eyni zamanda kitabçada vəhşicəsinə qətlə yetirilən insanların fotoşəkilləri də verilib”.
Mədəniyyət və turizm nazirlinin I müavini Vaqif Əliyev bu faciənin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu diqqətə çatdırıb. Nazir müavini, həmçinin çıxışında Xocalı münasibətlərini, o ağrılı günləri bir daha yada salıb və bu genosidin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd edib.
Tədbir iştirakçılarına Milli Kitabxananın hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet materiallarından ibarət “Xocalı – şəhid şəhər” sərgisi nümayiş olunub.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06