Yaşar Nuri Bakıya gəlmək istəyir
İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artsti Yaşar Nuri gələn ay bir neçə günlük Vətənə qayıtmaq niyyətindədir. Yaşar Nuri APA-ya açıqlamasında bildirib ki, səhhətindəki problemlər nisbətən aradan qalxıb, ancaq qida qəbul etməsində problemlər yaranıb: “Heç nə yeyə bilmirəm. Qatığı belə az-az verirlər mənə. Çox çətinliklə uduram. Ağ ciyərimdə problemlər yavaş-yavaş aradan qalxır, ancaq yenə də tam yaxşılaşmamışam. Həkimlərlə danışmışıq, deyiblər get, 15 gendən sonra yenə qayıdarsan. 8 mart bayramı ərəfəsində Azərbaycana gəlmək istəyirəm”.
Y. Nuri qeyd edib ki, martın 10-da Akademik Milli Dram Teatrının təntənəli açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmək istəyir: “Açılışda iştirak edib 15 gündən sonra yenidən qayıtmalıyam. Hələ gələcəyim gün məlum deyil. Gəzməyim nisbətən yaxşılaşıb, yavaş-yavaş gəzirəm”.
Xatırladaq ki, Azərbaycanın xalq artisti Yaşar Nuri ötən ilin noyabrından sözügedən xəstəxanada müalicə olunur. Aktyor bir aydan artıq Memorial Xəstəxananın reanimasiyasında yatıb və sonra palataya köçürülüb. Hazırda isə Yaşar Nurinin səhhətindəki problemlərin tam aradan qalxması üçün lazımi prosedurlar həyata keçirilir.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06