Azərbaycanlı aktyor “Hollywood Young Artists Award” mükafatı alıb - FOTO
Bu barədə Lent.az-a “Narimanfilm” kompaniyasının mətbuat xidmətindən məlumat verilib. Mükafatın təqdim olunma mərasimi 2011-ci il martın 13-də Los-Anceles şəhərində (ABŞ) keçiriləcək.
“Sahə” bədii filmi (“The Precinct”) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalı olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin, “Paşa bank”ın iştirakı ilə ərsəyə gətirilib.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa edib. Ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov; bədii rəhbər Cəmil Quliyev; filmin prodüseri Nəriman Məmmədovdur.
Fim haqqında daha geniş məlumatı www.theprecinct.az və www.narimanfilm.az saytlarında tapmaq olar.
Lalə Yusifqızı

Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30