Əlixan Səmədovun səkkizinci albomu hazırlanır
20 ilə yaxındır ki, Türkiyədə yaşayan, bu zamana kimi dünyanın 45 ölkəsində konsertlər verən, Azərbaycanın xalq mahnılarından ibarət yeddi diski işıq üzü görən, Azərbaycanın dünya şöhrətli balaban ifaçısı Əlixan Səmədovun səkkizinci albomu hazırlanır. Bununla bağlı Lent.az-a məlumat verən musiqiçi bildirib ki, artıq hazırlıqlarına başlanılmış albomda da xalq mahnıları yer alacaq. Məlumata görə, Əlixan Səmədovun bu diski Bolqarıstanda “World Music” musiqi şirkətində hazırlanacaq. Yeni diskin bu ilin sonuna kimi işıq üzü görəcəyi bildirilir. Onu da bildirək ki, Ə.Səmədov musiqiçi olması ilə yanaşı professional şahmatçıdır. Şahmatı tədris edən Ə.Səmədovun tələbələrindən biri bir müddət əvvəl dünya çempionu olub.
Qeyd edək ki, Əlixan Səmədov 1993-cü ildən etibarən Türkiyədə yaşayır və qısa müddətdə balabanda peşəkar ifası ilə dünyaya səs salıb. Musiqiçinin ilk albomu da “Balaban” adı altında hazırlanmışdı. Bu günə kimi bir çox mükafatlara layiq görülən Ə.Səmədov Azərbaycanın milli musiqi aləti olan balabanı musiqi və sənət aləmində dünyaya çatdırıb. Azərbaycanlı Əlixan Səmədov 1993-cü ildə “Xalq Rəqsləri yarışması”nın “Ən yaxşı musiqiçi”, 1996-cı ildə “Ən yaxşı musiqi və ən yaxşı musiqiçi”, 1997-ci ildə “Milliyyət qəzetinin” yarışması xüsusi mükafatı, 2005-ci ildə “Musiqi çalışmalarından dolayı”, 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. Bundan əlavə, Ə.Səmədov bu illər ərzində Türkiyə ilə yanaşı, Almaniya, Fransa, Yaponiya, İspaniya, Sinqapur, Makedoniya, Kosova, Rumıniya, Yunanıstan, Bolqarıstan, Rumıniya kimi ölkələrdə konsert proqramları ilə çıxış edib.

Oxşar yazılar

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm
20 aprel 2025 , 19:23
Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR
20 aprel 2025 , 11:07
Dahilərdən yumor haqqında 10 aforizm
18 aprel 2025 , 18:24
Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi
18 aprel 2025 , 16:30