
Yusif Vəzir Çəmənzəminlinin sənədləri arxivə verildi
Arxivin direktoru Maarif Teymurun Lent.az-a verdiyi məlumata görə, yazıçının mərhum oğulları Orxan və Fikrət tərəfindən toplanıb indiyədək qorunan sənədləri nəvəsi Yusif Vəzirov verib. Sənədlər 5 albomdan ibarətdir. Bura 1000-dən çox qəzet kəsiyi, 15-ə qədər orijinal foto şəkil, rəssam Həsən Haqverdiyevin çəkdiyi portret və digər sənədlər daxildir: “Qəzetlər arasında Yusif Vəzir Çəmənzəminlinin öz əsərləri haqqında elanlar, məqalələr, ayrı-ayrı yazıçı, tənqidçilərin yazdıqları fikirlər, eləcə də “Əli və Nino”ya aid yazılar var. Bundan başqa yazıçının qardaşı Mirhəsən Vəzirova yazdığı məktubların qəzetlərdə çap olunmuş hissələri də xüsusi diqqət cəlb edir. Sənədlər hamısı olduqca maraqlıdır. Babasının bu sənədlərini qoruyub bizə təqdim etdiyinə görə, nəvəsi Yusif Vəzirova öz minnətdarlığımızı bildiririk”.
Maarif Teymur bildirib ki, Yusif Vəzir Çəmənzəminlinin bu sənədləri “Ədəbiyyat xadimləri toplusu” fondunda saxlanacaq.
Xəyalə Muradlı
Maarif Teymur bildirib ki, Yusif Vəzir Çəmənzəminlinin bu sənədləri “Ədəbiyyat xadimləri toplusu” fondunda saxlanacaq.
Xəyalə Muradlı
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06