Yusif Şeyxovun 60 illik yubileyidir
Onun 60 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, ömrünün 40 ilini, milli kinomuzun inkişafına həsr edən Yusif Şeyxof 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra öz fəaliyyətinə rejissor assistenti qismində “Azərbaycanfilm“ kinostudiyasında başlayır. Sonralar Dövlət Kinematoqrafiya Komitəsi (1979-1985), “Azərkinoprokat” (1985-1990), "Azərkinovideo” İB (1990-2001), Mədəniyyət Nazirliyi (2001-2006) və Mədəniyyət və Turizm Nazirliyində (2006-cı ildən) fəaliyyətini davam etdirir.
Öz yaradıcılığına hələ məktəb illərində “Sehrli xalat” filmində baş qəhrəmanlardan birini oynamaqla başlayan Yusif Şeyxof sonralar bir çox bədii, sənədli və cizgi filmin ssenari müəllifi olub.
Kino sahəsindəki uzunmüddətli, səmərəli xidmətinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş Yusif Şeyxov Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edir.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06