Şərif Ağayarın “Aftafalı Antrakt” kitabının təqdimatı olacaq
Bu barədə Lent.az-a Şərif Ağayar özü bildirib. Tədbirdə tanınmış ədəbiyyat və sənət adamları, oxucular iştirak edəcək.
Qeyd edək ki, “E.L.” nəşriyyatında çap olunan kitabda müəllifin povest və hekayələri yer alıb. Kitab “Laçınsız ilk gün”, “Antrakt” və “Kosmos əsrinin gerçəkləri” bölmələrindən ibarətdir. Nəşrdə oxucular tərəfindən qəzet və jurnallarda, eləcə də internet saytlarında maraqla qarşılanan hekayələrlə yanaşı, yeni nümunələr də var. Rəngarəng mövzuları əhatə edən hekayələrin çoxu son illər yaşanan hadisələrdən, Qarabağ faciəsinə düçar olmuş insanların çətin həyatından bəhs edir. Kitab müəllif sözü ilə açılır və redaktor Əsəd Cahangirin yazara ünvanladığı təəssürat məktubu ilə davam edir.
Qeyd edək ki, “Aftafalı Antrakt” Şərif Ağayarın sayca üçüncü kitabıdır. Bundan öncə yazarın “Səhra məsnəvisi” (şeirlər) və “Kərpickəsən kişinin dastanı” (povest) kitabları işıq üzü görüb.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06