Əfsanəvi “Təhminə”: “Bunu ilk dəfə ürəklə Azərbaycana danışıram...” – MÜSAHİBƏ - FOTOLENT
- Meral xanım, necəsiniz? Haralardasınız? Nə işlə məşğulsunuz?
- Yaxşıyam, təşəkkür edirəm. Dərs verirəm, teatrda çalışıram, bir də böyük bir filmə hazırlıq işləri gedir. Hüzün Yücəlin bir binada yaşanan hadisələrdən bəhs edən “Yasaklı Apartmanda Kiracı Olmak” adlı romanı əsasında film çəkilir. Əsər indiyədək 11 mükafat qazanıb. Filmin adı ya romanın adı ilə səsləşəcək, ya da “Səssiz Çığlık” olacaq. Film bir jurnalist qadın haqqındadır. İki ayın içində çəkilişlər başlanır. Filmin musiqilərini Naşidə Öztürk hazırlayacaq. O, Türkiyənin çox önəmli və sevilən sənətçisidir.
- Bu, Sizin filmoqrafiyanızda sayca 23-cü rol olacaq...
- Yox... Zənn edirəm, internet səhifələrindən əldə etdiyiniz bu məlumatda əməyim bir qədər kiçildilib. Əslində bu günədək 35 filmə çəkilmişəm.
- 1993-cü ildə “Təhminə” filminə çəkilmisiniz. Azərbaycanda hələ də “Təhminə” adı ilə anılırsınız, çoxları sizi elə Təhminə kimi tanıyırlar. Siz də dəfələrlə Təhminə obrazının həyatınızda xüsusi yeri olduğunu vurğulamısınız. Dediyiniz 35 filmdən neçəsini “Təhminə” ilə müqayisə edərdiniz?
- “Təhminə” mənim üçün çox önəmlidir. Film bir ilə çəkildi. Çəkilişlər zamanı mən əməliyyat olundum, heyətdə dəyişikliklər oldu. Rejissor ürək sarsıntısı keçirdi. Əsər çox çətinliklər bahasına başa gəldi. Və mən bir il boyunca Azərbaycana gəlib-getdim. O film mənim üçün o qədər önəmli oldu ki! Sizin bu filmi sevməyiniz mənə xüsusi zövq verir. Demək, filmdə çəkilməyə dəyərmiş! Əlbəttə, Türkiyədə də çox gözəl filmlərə çəkilmişəm. İlk dəfə Tarık Akanla filmə çəkildim. Bir filmim ölkə xaricində 3 mükafat aldı. Etiraf edim ki, “Təhminə” o filmlərin ən başında dayanır.
- Filmdəki obrazı yaratmaq o dövrlərdə azərbaycanlı aktrisa üçün cəsarət tələb edirdi. Siz bu rolu o qədər təbii oynadınız ki, sanki bu, reallıq imiş. Həyatda Təhminə olmağa, ən gözəl sevgini yaşamaq kimi cəsarətə imza atardınız?
- Təhminə əslində normal bir qadının yaşadığını yaşadı. Çox sevdi, həyat yoldaşından ayrıldı və sevdiyinin yanında olmaq istədi. Təhminəyə hamı pis gözlə baxdı.
Elə bir eşq acısı ilə ölmək istəməzdim, yox! Təəssüf ki, o, filmin sonunda öldü... Elə bir həyat?.. İstəməzdim… Yox..! İstəmərəm!
- Yaxşı, bəs Təhminə ilə oxşarlığınız və fərqiniz nədir?
- Təhminə ilə bənzərliyim… Sevdiyim zaman varlığımla, bütövlüklə sevirəm! Təhminə də elə bir xasiyyətli qadın idi. Sevdiyi insan üçün gözü heç nəyi görmədi. Həyat yoldaşından belə ayrıldı. Mən də sevərkən gözüm heç nəyi görmür. Lakin mən içki içən deyiləm - Təhminə özünü içkiyə, siqaretə verdi, öz həyatını məhv etdi. Bunlar mənim oxşar və fərqli tərəflərimdir.
- Bəs hazırda şəxsi həyatınızda nələr var? Bunu mətbuatla paylaşmaq istərdinizmi?
- Həyatımda hazırda heç kim yoxdur. Sevgilim varmı deyə soruşursunuz, doğru anladım? İndi gərgin işlə məşğulam, lakin məni həqiqətən sevəcək bir insanın qarşıma çıxmasını istəyirəm. Ağ atlı oğlanımı gözləyirəm (Gülür).
- Nədən incəsənət adamlarının həyatında belə çətinliklər olur? Ya bütünlüklə özünüzü işlə həsr edirsiniz, ya işinizi geri planda saxlayıb sevginizi yaşayırsınız, sənətdən uzaqlaşırsınız. İkisi bir arada o qədərmi çətindir?
- Əslində ikisini bir arada yaşamaq o qədər asandır ki! Çox da gözəl hissdir, insan özünü o vaxt bütövləşmiş hiss edir. Lakin təəssüf ki, birlikdə olduğun şəxs səndən bir şeylər gözləməyə başlayır. “Qısqanmayacağam” deyir, amma sonra hədsiz qısqanclıq halları görünür. Bu da təbii ki, münasibətlərimizə təsir göstərir. Beləliklə, münasibətlər kəskinləşməyə başlayır. Yanımızdakı kişi bizi bu şəkildə qəbul etməkdə çətinlik çəkməyə başlayır. Bu çətinlik və qətiyyəti dəyişdirə bilməyəcəyimiz üçün, problem qarşı tərəflə bağlı olduğu üçün ayrılmağa məcbur oluruq. Mən işimi itirə, kimsə üçün fədakarlıq edə bilmərəm. İşim mənim üçün çox önəmlidir. Öncə işimə aşiqəm, sonra artıq şəxsi həyatımdakı insan gəlir.
- Bəs sizin üçün fədakarlıq etdilərmi?
- Həyatda qarşı tərəfdən belə bir fədakarlıq istəmərəm. Sahib olduqlarına sahib çıxsın, məni sevsin, yetər. Hamı öz işi ilə məşğul olmalıdır. Yox, belə bir istək olsa belə qəbul etmərəm...
- Maraqlıdır. Populyar və hamının ünsiyyətdə olmaq istədiyi gözəl bir qadınsınız… Əslində fərqli insanların belə fədakarlıqlara açıq olması lazımdır…
- Həqiqətən belə düşünürsünüz?
- Bəli…
- Onda kaş ki, mənim üçün sevgisi uğrunda böyük bir fədakarlıq edə biləcək bir insan qarşıma çıxa!
- Meral xanım, siz başqa daha hansı ölkələrdə filmlərdə rol aldınız, kimlərlə əməkdaşlıq etdiniz?
- Fransada, Almaniyada filmə çəkildim. Kiprdə də bir işim oldu.
- Hansı ölkədə işbirliyindən daha çox zövq aldınız? Ümumiyyətlə, sizi peşman edən bir iş oldu?
- Hər ölkədə işbirliyindən zövq aldım. Lakin indiyədək bir çox müsahibələrimdə, canlı yayımlarda dəfələrlə dedim, “Təhminə” filmi Azərbaycan üçün, Azərbaycan da mənim üçün çox önəmlidir. O vaxt çox ağır şərtlər altında işlədik. Sizin ölkəniz yenicə müstəqilliyə qovuşmuşdu. Biz o dövrdə çətin bir iş hazırladıq. Bax bu çətin əməyə, uğurlu işə görə vətəninizi heç vaxt unuda bilmərəm! Siz bu sualı verəndə də ilk olaraq ölkə kimi Azərbaycan ağlıma gəldi. Azərbaycanlı olmasanız da bu cavabı verəcəkdim. Çox gözəl xatirələrim var. Mənim qəlbimin ən gözəl yerindəsiniz.
- İkinci dəfə Azərbaycanda bir filmdə rol alsaydınız, nəyi oynamaq, hansı obrazı canlandırmaq istəyərdiniz?
- Konkret arzum yoxdur, düzünü desəm… Hər halda bu rol Təhminədən üstün bir rol olmalıdır. Bu günədək Azərbaycandan bir neçə dəfə film təklifi aldım. Lakin baxdım, ssenarilər xoşuma gəlmədi. Rejissorla bir neçə dəfə oturub danışdıq. Mən yenə Azərbaycana gəlməyə, filmə çəkilməyə razıyam. Lakin bu çox fərqli Təhminəni üstələyəcək bir xarakter olmalıdır. Ssenari, layihə roldan daha önəmlidir.
- Siz qadın olaraq, necə deyərlər, on barmağınızda on qabiliyyət daşıyırsınız. Memarlığı oxumusunuz, modelliklə karyeraya başlamısınız, aktrisasız, ilk oynadığınız filmlə mükafat qazandınız, bir neçə il öncə müğənni kimi də özünüzü sınadınız...
- Bir aktrisa mahnı oxumağı da bacarmalıdır. Teatrda, müzikldə mahnı ifa etmək bizim işimizin bir parçasıdır. Əgər məndən soruşsanız ki, müğənniliyi çox sevirəm, yoxsa aktrisalığı, təbii, öncə kinodur. Kino mənim tək sevgimdir.
- Azərbaycanda da bəzən aktrisalar müğənni kimi özlərini sınayırlar, lakin peşəkar müğənnilərdən etiraz və tənqid eşidirlər. Sizdə buna bənzər hallar yaşanır?
- Yox, belə bir təpki almadım. Bir müğənni də aktyorluq edə bilir. O vaxt məgər biz də çıxıb etiraz etməliyik? Önəmli olan insanın işi mükəmməl görməsidir. Əgər istedadın varsa, sən də aktyor ol! Mən çox uğurlu idim, çox da bəyənirdilər.
- Rəqibiniz varmı?
- Var, əlbəttə, hamının var! Son vaxtlarda serialların çoxalması bir çox insanların aktyorluğa marağını daha da artırdı. İndi aktyorluğa tələb var. Hamı rol almaq, oynamaq istəyir, bu səbəbdən də rəqiblər daha çoxalır. Əlbəttə, var.
- Kimlərdir onlar?
- Adını çəkməyim…
- Mən deyim onda! Misal üçün, bu gün kino sektorunda Beren Saat, Tuba Böyüküstün kimi gənc aktrisalar şöhrətin zirvəsindədirlər. Siz bu işin təcrübəsi və peşəkarı kimi onlar barəsində nə deyə bilərsiniz? Təqdir edirsiniz, yoxsa onların qısa müddətdə populyar olmasını su üzərində sabun köpüyü kimi qiymətləndirirsiniz?
- Baxın, əgər istedad varsa, onlar da işlərini sevirlərsə, işinə hörmətlə yanaşırlarsa, bir anda populyar olmaları o qədər də önəmli deyil. Vacib olanı o məşhurluğu uzaqlara aparmalarıdır. Adlarını sənətdə sağlam hərflərlə yazdırmaqlarıdır. Onların indi yox, bundan sonra atacaqları addım çox önəmlidir. Çox da uğurludurlar. Mən onları izləyirəm, istedadlıdırlar. Televiziya elə bir məkandır ki, həqiqətən də sabun köpüyü kimi qabarıb, tez də yox ola bilərsən.
- Bəzən bir sənətçi öz həyatını danışanda uğurlarından daha çox çətinliklərindən danışır. Sizin tarixçənizdə belə hallar nə qədər olub?
- Əlbəttə, olub. Müsabiqələrdə də bu baş verib. Mənim üçün əhəmiyyəti böyük olan layihələrim vardı. Təsəvvür edin, geyimlərim hazırdır. Layihələrimə qol çəkmişəm. Sabah çəkilişə gedəcəyəm. Gecə saatlarında zəng gəlir və iş təxirə düşür. Kim etsə yaxşıdır? Sonra məlum olur ki, bu, çox sevdiyin, hörmət etdiyin bir incəsənət adamının “yaxşılığıdır”...
- Bayaq dediniz ki, kino mənim tək eşqimdir. Bax belə məqamlarda eşqinizdən aldığınız zərbələr sizi peşman etməyib? O an “kaş ki, şəxsi həyatıma daha çox önəm versəydim” düşüncəsi baş qaldırmayıb?
- Yox, elə düşünməyin, ailəm və şəxsi həyat da çox önəmlidir. Evləndiyim insan məni seçim arasında qoyduğu vaxt şəxsi həyat mənə uzaq gələ bilər. Mən atamı itirmişəm. Atam həyatda yoxdur. Onun xaricində ailəmdən həmişə dəstək aldım. Ailəmdəki yaxınlarım, qızım mənim üçün çox dəyərlidirlər, əlbəttə ki, onların da öz yeri var.
Peşmançılığa gəlincə... yox, olmadı…
Lakin əlbəttə ki, həyatımda bir insanın olmasını istəyirəm. Mənə dəstək verən, dayaq olacaq biri olsun! Hələ yoxdur... Haralardadır, bilmirəm…
- Qızınızdan bəhs edin. Kimdir, necə biridir, Sizin kimidirmi?
- Selen Sarıdır adı. 22 yaşındadır. Qızımı həmişə mətbuatdan gizlətdim. Öz ayaqları üstə dura bilsin, müstəqil olsun deyə kimsəyə göstərmədim. Artıq universiteti bitirdi. Bu məhdudiyyəti aradan götürdüm. İndi “nə istəsən edə bilərsən”, dedim. Allaha şükürlər olsun, universiteti, məktəbini bitirdi. Özü “Benim Annem Dans Edemez” rəqs yarışmasında birinci oldu. Maltəpə Universiteti Görsəl İletişim Tasarımı bölümünü bitirdi. Açık Öğretim Fakültesi Dış Ticaret bölümündə isə ikinci kurs tələbəsidir.
Atası ilə ayrıldıqdan sonra mənimlə yaşadı.
- Sizə baxanda düşünmək çətindir ki, qızınız artıq universitet məzunudur.
- Hə, mən gənc yaşlarımda evləndim. Gənc yaşda da ana oldum. Həmişə qızımı gizlədim. Bilirsiniz də, media həmişə məşhurların övladlarına xüsusi maraq göstərir, onları işıqlandırır. Onlar da kiçik yaşlarından kamera qarşısına çıxır, bizim həyatımıza həm müdaxilə edir, həm də əziyyət çəkirlər. Onların qarşısında çıxanda nə edəcəklərini bilmirlər. Bəzən qızım mənə sual verdi, niyə gizlədirsən məni? Qızıma “böyüyəndə anlayacaqsan” dedim. Bir az böyüyəndə başa saldım ki, yanında kimi görsələr, sevgilisidir, deyəcəklər. Həyatın narahat olacaq, dedi-qodu obyekti olacaqsan, qalmaqallar həmişə səninlə olacaq, dərslərinə adaptasiya ola bilməyəcəksən, dedim, və məni anladı. İlk dəfədir Azərbaycan mətbuatına, sizə qızım haqqında açıq ürəklə danışıram. Artıq qızıma “indi rahat, azadsan”, dedim...
- İndi nə ilə məşğuldur?
- Təəssüf ki, bizim məsləkdən seçdi. Kamera arxası... Rejissor olmaq arzusundadır.
- Niyə təəssüf? Həm işinizə olan sevgidən danışırsınız, həm də təəssüflənirsiniz...
- Çünki çox çətindir. O kamera önündə də olmaq istəyir. Mən hazırda icazə vermirəm. Rəqs etməyi çox sevir. Rəqqasə olmaq istəyir. Atası da rəqqas idi. Həm rəqqasə, həm də rejissor olmaq istəyir. Rəqslə ciddi məşğuldur. Tan Sağtürkdən rəqs dərsləri aldı. Daha sonra isə Aytunç Benlitürk ilə davam etdi.
- Qızınız da Sizin kimi gözəldir?
- O məndən daha gözəldir.
- Sizə bənzəyir?
- Mənə də bənzər yönü var. Lakin daha çox atasına oxşayır.
- Bakı yolunuzu gözləyir...
- Mən də Bakını görmək üçün səbirsizlənirəm. Gələcəyəm, amma düşünürəm ki, istirahət üçün gələcəyəm. Görüşərik!
Lalə Yusifqızı

2449