
Muğam Teatrı təmir olunacaq
İçəri şəhərdə Dövlət Muğam Teatrı yaxın vaxtlarda təmirə dayanacaq. Teatrın direktoru Arif Qazıyevin Lent.az-a verdiyi məlumata görə, birinci növbədə teatrın dam örtüyü tikiləcək: “Bildiyiniz kimi, teatrın dam örtüyü əlverişsiz vəziyyətdədir. Tavana çadır materialına bənzər örtük çəkilib. Bu da soyuq aylarda olduqca əlverişsizdir. Təmir zamanı teatra xüsusi düymə ilə idarə olunan yeni dam örtüyü tikiləcək. Yəni, düyməni basıb istədiyimiz vaxt açıb, bağlaya bilərik”.
Arif Qazıyev onu da bildirib ki, 20 günə qədər davam edəcək təmir işləri Nazirlər Kabineti yanında “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçiriləcək.
Xəyalə
Arif Qazıyev onu da bildirib ki, 20 günə qədər davam edəcək təmir işləri Nazirlər Kabineti yanında “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçiriləcək.
Xəyalə
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11