Tovuz aşıqları 25 ildən sonra yenidən filarmoniyada - FOTO
Lent.az-ın məlumatına görə, “Saz götürüb, bu meydana gəlmişəm” adı altında baş tutan konsertdə zal tamaşaçılarla dolu idi.
Konsertin təşkilatçılarından olan millət vəkili Qənirə Paşayeva çıxışında aşıq sənətinin bu günündən, inkişafından söhbət açdı. Azərbaycanın folklor nümunəsi olan aşıq sənətinin inkişafında Tovuz aşıqlarının da xüsusi rolu olduğunu vurğuladı. Millət vəkili onu da qeyd etdi ki, Tovuz aşıqları sonuncu dəfə filarmoniyada 25 il əvvəl konsert proqramı ilə çıxış ediblər.
Professor Məhərrəm Qasımlının aparıcılıq etdiyi konsertdə səhnəyə ilk olaraq “Pöhrə” uşaq ansamblı çıxdı. Daha sonra Tovuzun 30-a qədər ən yaxşı aşığı öz ifaları ilə tamaşaçılara xoş anlar yaşatdı. Məmməd Bozalqanlı, Mahmud Mahmudov, Məhsəti Əsraflı, Günel Qurbanova, Firudin Hüseynov, Azər Xanlaroğlu, Şəhriyar Kərimov və başqaları sevilən aşıq mahnılarını səsləndirdilər. Aşıq sənətinin ən məşhur nümayəndələrindən olan Aşıq Zülfiyyə və Aşıq Samirənin ifası isə tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı və konsertə daha da rəng qatdı.
Gecədə diqqət çəkən məqamlardan biri də aşıqların geyimilə bağlı idi. Belə ki, ənənəvi geyim tərzindən fərqli olaraq, kişi aşıqları sadə köynəkdə və kostyumda, xanımlar isə milli geyim üslubunda tamaşaçıların qarşısına çıxdılar.
Qeyd edək ki, konsert Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə baş tutdu.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27