Bakıda “İstanbul Fashion Show” sərgisi açıldı
Yanvarın 28-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ilk dəfə olaraq “İstanbul Fashion Show” geyim sərgisinin açılışı keçirilib.
APA-nın məlumatına görə, layihənin təşkilatçı şirkətlərindən olan “Meridien”
beynəlxalq sərgi şirkətinin prezidenti Oğuz Yalçın bildirib ki, sərgidə Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş etdirilir. Onun sözlərinə görə, ilk dəfə təşkil olunmasına baxmayaraq sərgi böyük marağa səbəb olub: “Sərgidə qadın, kişi və uşaq geyimləri, klassik və idman üslubunda geyimlər nümayiş etdirilir. Bu sərginin Azərbaycanda təşkili çox böyük önəm daşıyır və sərginin uğurlu olacağına əminəm. Azərbaycanın iş adamlarının bu sərgiyə önəm verəcəyinə ümid edirik. Sərginin ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur. Bu il isə növbəti belə sərgi yay aylarında baş tutacaq”.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev Türkiyənin geyim şirkətlərinin Azərbaycanda təşkilini yüksək qiymətləndirib və sərginin işinə uğurlar arzulayıb. Sərginin açılışında iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç qardaş ölkədə bu cür sərginin keçirilməsinə çox əhəmiyyət verdiyini dilə gətirib: “Azərbaycan çox inkişaf edib və bu cür tədbirlərin keçirilməsi üçün çox əlverişlidir. Sözsüz ki, bu əməkdaşlıq uzunmüddətli olacaq və sərginin böyük marağa səbəb olacağına ümid edirəm”.
İstanbul Hazır Geyim və Konfeksiyon İxracatları Birliyinin İdarə Heyətinin sədri Hikmət Tanrıverdi bildirib ki, Azərbaycan xalqı zövqlə geyinməyi sevir: “Azərbaycanlı xanımlar və bəylər qədər gözəl geyimi, modanın ən son yeniliklərini, bəzən isə hətta ən ağlasığmaz və cəsur tendensiyaları milli geyim adətləri və şərq ənənələri ilə birləşdirmək bacarığı yəqin ki, çox az xalqa məxsusdur. Ümumiyyətlə, moda və geyim məfhumlarının azərbaycanlılar üçün hər zaman xüsusi önəmi olub. Azərbaycan xalqına maraqlı anlarla dolu üç gün yaşatmaq niyyətindəyik”.
Xatırladaq ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksində təşkil olunan “İstanbul Fashion Show” yanvarın 30-dək davam edəcək. Üç günlük sərgi hər gün səhər 10:00-dan 19:00-dək yerli əhalinin və iş adamlarının ixtiyarında olacaq. Sonuncu gün, yəni yanvarın 30-da satışın təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, sərginin təşkilinə 500 min dollara yaxın vəsait xərcləndiyi bildirilir.

Oxşar yazılar

“Harri Potter”in müəllifi ÖLÜMLƏ HƏDƏLƏNDİ: "Sən növbətisən"
14 avqust 2022 , 12:55
Məşhur aktirisa vəfat etdi - FOTO
13 avqust 2022 , 00:43
"Mən o vaxt səhv etmişəm, özüm özümü aldatmışam" - Ayaz Salayevlə MÜSAHİBƏ
12 avqust 2022 , 20:15
“Eurovision-2023” Britaniyanın bu şəhərlərində keçirilə bilər - SİYAHI
12 avqust 2022 , 18:30
Səsinə göz dəyən, dilinin bəlasına düşən sənətkar – Bir ulduz axdı
12 avqust 2022 , 16:51
Prezident Xalq artistini “Şərəf” ordeni ilə təltif etdi
12 avqust 2022 , 15:43
Arvadını ərindən oğurlayan, 19 yaşda ata olan dahi – Bir ulduz axdı
11 avqust 2022 , 20:15