Məşhur prodüser mərkəzi 24 min manat cərimələndi
Azərbaycanda film istehsalı ilə məşğul olan “Sınaq Film Prodüser Mərkəzi” MMC Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədən Lent.az-a verilən məlumata görə, MMC 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarının ləğv olunmasını istəyir.
Belə ki, bir müddət əvvəl Bakı şəhər Vergilər Departamenti MMC-nin 24 110 manat məbləğində vergi borcunun yarandığını iddia edərək bununla bağlı akt tərtib edib. MMC borcun ləğv olunması üçün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsini müraciət edib. Məhkəmə MMC-nin müraciətini təmin etməyib.
“Sınaq Film Prodüser Mərkəzi” də öz növbəsində Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. İddiaya bu həftə baxılacaq.
Qeyd edək ki, direktoru Tofiq Musayev olan “Sınaq Film Prodüser Mərkəzi” MMC Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə “Kuklalar”, “Ölüm hökmü” və s. filmlərini çəkib. MMC bir sıra məşhur ssenarist və rejissorlarla əməkdaşlıq edir.
Pərvin ABBASOV

Oxşar yazılar

Səttar Bəhlulzadə kimin üzünə tüpürdü? - Məşhurlardan GÜLMƏCƏLƏR
6 iyul 2022 , 16:57
Tamara Sinyavskayanın Müslüm Maqomayevsiz həyatı - İndi nə edir?
6 iyul 2022 , 09:09
Xanımı onu başqa kişiylə görüb intihar etdi, evtanaziya ilə gündəmə gəldi, sağ ikən "öldü" - BİR ULDUZ AXDI
5 iyul 2022 , 18:21
Məşhur rejissor ikinci dəfə ata oldu - FOTO
5 iyul 2022 , 16:02
Bu sözləri lənkəranlılardan eşidəndə çaşmayın - Bizim ellər
5 iyul 2022 , 14:09
Cüneyt Arkının 300 arvadı varmış?
5 iyul 2022 , 12:56"Gəlin 40 kişinin arasından keçib getməli deyil" - MÜSAHİBƏ
4 iyul 2022 , 17:15