Eurovision biletləri satışa çıxarılır
22 noyabr 2012 00:44 (UTC +04:00)

Eurovision biletləri satışa çıxarılır

Mayda İsveçin Malmö şəhərəində keçiriləcək “Eurovision 2013” Mahnı Müsabiqəsinin biletləri bir neçə gündən sonra satışa çıxarılacaq. Lent.az-ın müsabiqəinin rəsmi saytına istinadən xəbərinə görə, noyabrın 26-sı, saat 10:00-da etibarən, müsabiqənin şouları üçün bilet satışları başlayacaq.

Müsabiqənin icraçı prodüseri Martin Ostendal bildirib ki, ən ucuz bilet 10 avro, ən bahalı bilet isə 216 avroya satılacaq: “Biz şadıq ki, biletləri Milad bayramı qabağı satışa çıxara bildik. Biletlər iki yarımfinallar və onların əsas məşqləri və final və juri finalı üçün satılacaq”.

İcraçı prodüserin sözlərinə əsasən, müsabiqəni izləyən fanatlara müəyyən vaxt ayrılacaq ki, onlar fan zona üçün nəzərdə tutulan biletləri ala bilsinlər: “Məhz fanatlar bu bayramın əsas hissəsidir və Malmö arenada onlar üçün xüsusi zona ayrılıb. Fanatlar noyabrın 26-dan dekabrın 3-dək şounun keçiriləcəyi arenaya gəlib baxa bilərlər”.

Qeyd edək ki, biletləri «ticnet.se» saytından «online» olaraq sifariş vermək olar. Bir neçə müddət sonra isə biletlərin köşklərdə satışı təşkil ediləcək.

Qeyd edək ki, “Eurovision 2013” mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 14-ü, ikinci yarımfinalı mayın 16-sı, final şousu isə mayın 18-də keçiriləcək.

Xatırladaq ki, bu il may ayında Bakıda keçirilən “Eurovision” Mahnı Müsabiqəsində İsveç təmsilçisi Lorin “Euphoria” mahnısı ilə ölkəsinə qələbə qazandırıb.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1285

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51