Tiflisdə beynəlxalq konfrans keçirilir
Bu gün Gürcüstan paytaxtında Avropa Birliyinin maliyyə dəstəyi ilə “Elm, texnologiya və innovasiyaların inkişafı sahəsində Avropa Birliyi, Mərkəzi Asiya və Cənubi Qafqaz əməkdaşlığı” mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Avropa, Orta Asiya və Cənubi Qafqaz ölkələrindən gələn alimlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Azərbaycanı 4 alimin təmsil etdiyi tədbiri İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektoru Aleksandr Kvitaşvili açaraq, tədbirin mahiyyəti və burada müzakirə olunacaq mövzuların aktuallığı haqqında konfrans iştirakçılarına məlumat verib: “Bizim məqsədimiz elm və texnika sahəsində kooperasiyanı yaxşılaşdırmaq, ölkələrarası əməkdaşlığın bütün mexanizmlərini inkişaf etdirmək və hər bir sahədə dövlətin dəstəyi və addımı, elmi yeniliklər haqqında fikir və tövsiyələrimizi Avropa Birliyinə çatdırmaqdır”.
Konfransın ilk plenar iclasında müxtəlif ölkələrin alimləri çıxış ediblər və ekspertlərin suallarına cavab veriblər.
Azərbaycan Mülli Elmlər Akademiyasının Yer elmləri şöbəsinin akademik katibi Arif İsmayılzadə APA-ya açıqlamasında mövzunun aktual olduğunu vurğulayıb: “Müasir elmin əldə etdiyi uğurlar müxtəlif sahələrdə daha böyük kooperasiya tələb edir. Bu gün elmdə yüzilliklərdən üzü bu yana çox böyük dəyişikliklər olub. Şübhəsiz ki, bu gün elm yeni metodlar və mexanizmlər tətbiq etməklə yeni forma alır. Bu aspektdə və bu səviyyədə keçirilən konfrans yeni imkanlar müəyyən edir ki, biz elmin inkişafı yolunda bu imkanlardan səmərəli istifadə edək. İki günlük konfrans çərçivəsində qəbul olunan tövsiyələr əsaslı bir sənəd kimi elmin əsaslarını təşkil edəcək və ölkələrimizdə olan elmi dəyişikliklər haqqında təsəvvürlərə malik olacaq. Şübhəsiz ki, bu sənədlərdə Azərbaycan alimlərinin irəli sürdüyü təklif və rəylər də öz layiqli yerini tapacaq. Bu gün Azərbaycanda kibernetika, kimyəvi elmlər və yanacaq-enerji resursları sahəsində inkişaf daha yüksəkdir”.
Sabah beynəlxalq konfrans davam edəcək. Tədbirdə universitetlərarası əməkdaşlıq məsələləri və digər vacib mexanizmlər müzakirə olunacaq.

992