Azərbaycan və Rusiya fotoqraflarının birgə sərgisi açılıb
14 noyabr 2012 15:40 (UTC +04:00)

Azərbaycan və Rusiya fotoqraflarının birgə sərgisi açılıb

Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "İpək yolu dostluğu" və "Uzun sürən müharibənin əks-sədası" adlı fotosərgilərin açılışı olub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir Azərbaycanın hökuməti və Rusiya Federasiyasının Çelyabinsk vilayəti hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında" sazişlə təsdiq olunan 2012-2017-ci illər üzrə Tədbirlər Planına uyğun olaraq təşkil edilib.

Sərgidə Çelyabinskdən olan fotoqraf-rəssam Vladimir Boqdanovskinin Azərbaycana səfəri zamanı lentə aldığı fotolar ("İpək yolu dostluğu") və Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin Qarabağa həsr olunan foto əsərləri ("Uzun sürən müharibənin əks-sədası") yer alıb.

Qeyd edək ki, Azərbaycan fotoqraflarının "Uzun sürən müharibənin əks-sədası" sərgisi Ermənistanın ölkəmizə hərbi təcavüzünün ağır nəticələrinə, Dağlıq Qarabağ müharibəsinin fəsadlarına həsr olunub. Ekspozisiyada 9 azərbaycanlı fotoqrafın ağ-qara fonda fotoları sərgilənir. "İpək yolu dostluğu. Yeddi gün Azərbaycanda" fotosərgisi Çelyabinsk Dövlət Diyarşünaslıq Muzeyinin direktoru Vladimir Boqdanovskinin ölkəmizə yaradıcılıq ezamiyyətinin yekunu kimi təqdim olunur. Ekspozisiyada müxtəlif janrlarda fotoşəkillər yer alıb. Burada Qafqazın mənzərələrini, yerli sakinlərin portretlərini, qədim və müasir arxitekturanı, müxtəlif regionların nadir təbiətini görmək mümkündür.
Sərgi noyabrın 16-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51