Niyazinin 100 illiyi ilə əlaqədar CD hazırlanır
Vokalçı Ramil Qasımov Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar “Nizami” operasından Nizaminin ariyasını lentə alıb. Lent.az-ın verdiyi xəbərə görə, Ramil Qasımov, maestro Niyazinin adını daşıyan Azərbaycan Televiziyası və Radiosunun Simfonik orkestri ilə Əfrasiyab Bədəlbəylinin 1941-ci ildə yazdığı unudulmuş “Nizami” operasından Nizaminin ariyasını lentə aldırıb. Ariyanın dirijoru əməkdar incəsənət xadimi Azad Əliyev və səs rejissoru Faiq Babayevdir.
Bundan əlavə Ramil Qasımov maestro Niyazinin 100 illiyi ilə əlaqədar Niyazi adına simfonik orkestrlə məşqlər edir. AzTV-nin Simfonik orkestrinin müşayiəti ilə yeni buraxılacaq CD topluda maestro Niyazinin adını daşıyan Azərbaycan və Qərbi Avropa əsərləri yazılacaq.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06