Müstəqilliyimizin mübariz şairi – FOTO
XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyinə həsr olunan "Milli müstəqilliyimizin mübariz şairi" mövzusunda dəyirmi masa keçirilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevin “Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 4 iyun tarixli sərəncamının tələblərinə uyğun olaraq keçirilən tədbirdə şairin ailə üzvləri, qohumları, dostları, millət vəkilləri, elm və mədəniyyət xadimləri, ədəbiyyatşünaslar, teatrşünaslar, ədəbi tənqidçilər, yazıçılar, muzey direktorları, bəstəkarlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şairin yaradıcılığından, xüsusən vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərdən danışaraq, onun milli, bəşəri dəyərlərimizin və doğma dilimizin yad sözlərdən qorunub saxlanılması istiqamətindəki xidmətlərindən danışıblar. Çıxışçılar şairin ana dili uğurunda mübarizəsini təkrarolunmaz hesab ediblər.
Şairlə bağlı xatirələrini danışan natiqlər onun görkəmli şair olmaqla bərabər, əsl insani xüsusiyyətlərindən söhbət açıblar.
Görüşün sonunda Xəlil Rza Ulutürkün ömür-gün dostu Firəngiz xanım Ulutürk çıxış edərək Xəlil Rza Ulutürk haqqında xatirələrini danışıb. Həyat yoldaşının keşməkeşli, çətin ömür yolundan danışan Firəngiz Ulutürk Xəlil Rzanın yaradıcılığına göstərilən diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Dəyirmi masa müzakirələrə davam edib.
Jalə

Oxşar yazılar

Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34