Vokalçının romanslardan ibarət CD-si çıxdı
Tanınmış vokalçı, Şərqin ən gənc “Koroğlu”su Ramil Qasımovun Azərbaycan bəstəkarlarının romanslarından ibarət CD albomu işıq üzü görüb. Lent.az-ın məlumatına görə, albomda dahi Üzeyir Hacıbəylinin romansları, həmçinin, Asəf Zeynallının, Ramiz Mustafayevin, Oqtay Zülfüqarovun, Vasif Adıgözəlovun, Rəşid Şəfəqin, Ceyhun Allahverdiyevin və gənc bəstəkarların əsərləri yer alıb.
Ramil Qasımovun sözlərinə görə, Azərbaycan musiqisinin müxtəlif janrlarının hər biri dünyanın müxtəlif ölkələrində təbliğ olunur və sevilir: “Azərbaycan mədəniyyətinə xidmət etməklə şərəf duyur və yeni töhfələr verməyə çalışıram. Elə bu məqsədlə də “Azərbaycan romansları” adlı CD kompakt disk albomum işıq üzü gördü. Azərbaycan romanslarını bir toplu şəklində hazırlamaqda məqsədim bu janrı Azərbaycanda və onun hüdudlarından kənarda təbliğ etməkdir”.
R.Qasımov deyib ki, CD topluda Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına əməkdar Xalq çalğı alətləri orkestri, Niyazi adına simfonik orkestr, Bakı Musiqi Akademiyasının dosenti Züleyxa Bayramovanın müşayiəti ilə əsərlər lentə alınıb: “Bildiyiniz kimi, Azərbaycan Televiziyası və Radiosu daim milli dəyərləri özündə əks etdirən bir məbədgahdır. Bir zamanlar “Romans axşamı” adlanan veriliş əməkdar incəsənət xadimi, rejissor Etibar Babayevin yeni quruluşunda, yeni gənc ifaçılarla musiqisevərlərə təqdim ediləcək. Səs rejissoru Faiq Babayevdir” .
Jalə

Oxşar yazılar

Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11
Özünüzü anlamağa yardım edəcək 10 psixoloji kitab
26 avqust 2025 , 14:41
Bu yay izləməyə dəyər 5 yeni film
26 avqust 2025 , 12:16