Əmir Kusturitsa Lent.az-a danışır: “Uşaq vaxtı süpürgəçi olmaq istəyirdim...” - MÜSAHİBƏ - FOTO
Bu yaxınlarda Lent.az-da məşhur serb rejissoru Əmir Kusturitsanın şəxsi şəhəri Drvenqraddan hazırladığımız reportajı təqdim elədik. Yazının sonunda anons verdiyimiz kimi, indi də «Anderqraund», «Qaraçı zəmanəsi», «Möcüzəli həyat», «Ağ pişik, qara pişik» kimi məşhur filmlərin rejissoru Əmir Kusturitsadan aldığımız müsahibəni Lent.az-ın oxucularına təqdim edirik.
Əmirlə onun şəxsi şəhərindəki «Viskonti» restoranında görüşdük. Səhər yeməyi üçün baş çəkdiyimiz restoranda oturmuşdu. Üzü həmişəki kimi tüklü, saçları həmişəki kimi pırtlaşıq, ayaqqabısı həmişəki kimi çirkli, özü isə həmişəki kimi yorğun və kədərli idi.
Buna baxmayaraq, bizə gülümsədi, şəkil çəkdirəndə məni qucaqlayıb, bir kənarda həyəcandan tir-tir əsən kinoşünas Aygün Aslanlını da yanına çağırdı:
- Gəlin, qızlar, gəlin görək!
Şəkil çəkdirəndə ona nə qədər utancaqlıqla yanaşsaq da (adam hər gün Əmir Kusturitsa ilə qol-boyun olmur axı!) özü bizi ürəkləndirdi. Fotoaparatın qarşısında üzünə təbiisindən daha çox nəzərə çarpan üzügülərlik nümayiş elətdirdi, qoltuğuna güclə çatan çiyinlərimizi qucaqlayaraq, həmin dəqiqələri bizim üçün tarixə çevirdi.
Şəkil-filan məsələsini həll eləyəndən sonra, masalardan birinin başına yığışıb, söhbətimizi elədik. Arada çay qoyulan masaya şəkər qoyulmadığını görüb, ofisiantı çağırmadı, özü ayağa qalxıb, qonşu masaların birindən şəkər qabını gətirdi...
Və bizə ciddi xəbərdarlıq elədi:
- Qızlar, buradan qalxan kimi mən vertolyota minib, Bosniyaya yola düşməliyəm. Vaxtımın dəhşətli dərəcədə az olduğunu nəzərə alın.
Mən tez canfəşanlıq eləyirəm:
- Cəmi on beş dəqiqə! Biz sizə necə müraciət eləyək?
- (Gülür) Mənə adətən «Əmir» deyə müraciət eləyirlər. Siz də sadəcə «Əmir» deyə bilərsiniz.
- Əmir, maraqlıdı, indi bütün dünyanın heyrətlə yanaşdığı rejissor Kusturitsanın uşaqlığı necə keçib?
- Mən Sarayevoda, milliyyətcə serb olan ailəmizin kökləri pravoslav olsa da, müsəlman ailəsində doğulmuşam. Atam Murat Kusturitsa Kommunist Partiyasının üzvü idi və Mətbuat Nazirliyində işləyirdi. Anam deyir ki, mən uşaqlıqda süpürgəçi-dalandar olmaq istəyirmişəm. Sarayevoda bir uşağın bunu arzulaması təəccüblü deyil, günü bu gün də ora olduqca təmiz şəhərdi. Orta məktəbdə alababat oxumuşam. Kinoya marağı isə məndə atamın ixtisasca rejissor olan dostu yaradıb. Hələ yeniyetməliyimdən o mənə filmlərində xırda, epizodik rollar verirdi.
- Əmir, Drvenqradın necə yarandığını mətbuatdan oxumuşuq. Amma bu ideyanın necə yaranmasını bir də sizin öz dilinizdən eşitmək istəyirik.
- Əslində, mən bu şəhərciyin kustar maketini növbəti filmlərimdən birinin, daha dəqiq desəm, «Möcüzəli həyat» filminin çəkilişləri üçün qurmuşdum. Həmin müddət ərzində mən az qala bütün Serbiyanı gəzib, köhnə evlərə baxır, onların üslublarını mənimsəyirdim. Mokra Qorada torpaq sahəsini alandan sonra orada öz evimi, daha sonra oğluma ev tikdim. Göydələnlərdən, şəhərin səs-küyündən bezən dostlarım bura qonaq gəlirdi. Dostlar, qonaqlar çoxaldıqca daha çox ev lazım oldu. Bu vaxt ağlıma gəldi ki, tamamilə ağacdan olan bir şəhərcik yaradım. Ekoloji və sosialist bir şəhərcik. Vətəndaşlarını özüm seçdiyim şəhərcik. İndi burada mükəmməl infrastruktur var. Yanğınsöndürən qurğular, kilsə, kinoteatr var. Şəhərcik tədricən genişlənir. Hazırda tennis kortu salırıq. Növbəti tikililər üçün də yerlər hazırlayırıq.
- Küçələrin, balaca parkların maraqlı adları var. Maradona, Nikita Mixalkov, Çe Gevara, Fidel Kastro, Bryus Linin adlarına küçələr, evciklər, parklar var. Niyə məhz bu adamların adları?
- Onlar hamısı mənim sevdiyim adamlardı. Mənsə özümə doğma, yaxın olan adamların adlarını əbədiləşdirməyi xoşlayıram. Bir halda ki bura mənim şəhərim, mənim «əmirliyim»dir, niyə də dostlarımın adlarını əbədiləşdirməyim?
- Şəhər böyüyür, daha kimlərin adlarını əbədiləşdirməyə hazırlaşırsınız?
- Hələ ki, şəhərdə aktyor dostum Conni Deppin heykəlini qoymağa hazırlaşıram. Bu yaxınlarda o mənə öz ölçülərini göndərib. Hazırda heykəl hazırlanır.
- Conni Deppdən söz düşmüşkən, niyə Hollivud estetikası, qanunları sizə belə ögeydir?
- İnsan hisslərini, emosiyalarını dəqiq hesablaya bilən, bütün çılğınlıqları kommersiya nəzarəti altında saxlayan Hollivud... bu mənə doğma, yaxın ola bilməz axı. Mən dəqiq hesablamalara, gəlir-çıxarını dəqiq bilməyə, bir sözlə, praqmatikliyə nifrət eləyirəm. Odur ki, Hollivud, Oskar, daha nə bilim nələr, mənlik deyil.
- Şəhərdəki simvolik həbsxanada Corc Buşla Havyer Solananı «saxlayırsınız». Amma biz təsadüfən həbsxananın qapısını açıb, içəri baxanda orada xiyar, kartof saxlanıldığını gördük. Bunun nəsə bir simvolik mənası varmı?
- Əslində maraqlı ideyadı, amma simvolik mənası yoxdu. Sadəcə biz çalışırıq ki, Drvenqradda hər şeydən, hər yerdən maksimum istifadə edək. Yəqin ki, «həbsxana» sərin olduğundan tərəvəzləri ora yığıblar.
- Sirr deyilsə, Drvenqradın tikilişinə sərf olunan vəsaiti hardan almısınız?
- Serbiyada yerli məhsul olan bir meyvə şirəsinin reklam roliklərini mən çəkmişəm. Ordan aldığım qonorarı şəhərciyin tikilişinə sərf elədim.
- Əmir, ailəniz barədə nə deyə bilərsiniz?
- Oğlum Stribor idmançı və musiqiçidir. Musiqi bəstələyir, mənim qrupumda ifa eləyir. Qızım Dunya isə yazıçıdır, istedadlı qızdır, mətbuatla əməkdaşlıq eləyir, yaxşı yazılar yazır. Səfərləri çıxmaq şərtilə arvadım və uşaqlarım mənimlə birlikdə Drvenqradda yaşayır. Buradakı əsas vaxtımızı təsərrüfatımızı genişləndirməklə keçiririk.
- Burada olduğumuz neçə gün ərzində yüksək səviyyəli xidmət gördük, hər şey natural və keyfiyyətlidir və qiymətlər fantastik dərəcədə ucuzdur. Buradan pul qazanmadığınız məlumdur. Maraqlıdır, niyə belə?
- Drvenqrad biznes layihəsi deyil. Mən bu şəhəri pul qazanmaq üçün tikməmişəm. Bura mənim balaca, sosialist ölkəm, «əmirliy»imdir. Həyatım, əyləncəm, göydələnlərdən, saxta demokratiyadan, səs-küydən sığınacağımdır.
- Filmlərə çəkilirsiniz, özünüz film çəkirsiniz, şəhərinizi genişləndirirsiniz, qastrollar və s. Bu qədər gərgin iş qrafikiniz olduğu halda Drvenqradda necə yaşayırsınız?
- Təbii ki, kənarda işlərim olanda buradan ayrılmalı oluram. Amma tapdığım boş iyirmi günü də, iyirmi dəqiqəni də Drvenqradda keçirirəm. İşlərim qurtaran kimi vertolyotuma minib bura gəlirəm. Bəzən düz bir ay burada qalıram, bəzən sadəcə bir fincan qəhvə içib, geri qayıdıram. Amma tapdığım yarım saatlıq boş vaxtı da mütləq burada, öz «əmirliyim»də keçirirəm.
- Hazırda nə ilə məşğulsunuz?
- Hazırda Bosniyada aldığım ərazidə növbəti şəxsi şəhərimi tikirəm. Drvenqrad taxta şəhərdisə, indi tikdiyim şəhər bütünlüklə daşdandı – Kamenqrad. Bu şəhər Drvenqraddan dəfələrlə böyükdür, burada üç arxitektura üslubundan istifadə olunub. Gələcəkdə Drvenqrada gələn qonaqlar Bosniyayla Serbiyanı birləşdirən dəmiryolu vasitəsilə buradan birbaşa Kamenqrada yollana biləcəklər.
- Əmir, Azərbaycanı necə tanıyırsınız?
- Bilirəm ki, neftiniz çoxdur və bu il «Avrovision» mahnı yarışmasına ev sahibliyi eləmisiniz...

5220