“Qızıl Şir” sahibini tapdı – FOTO
İtaliyanın Venesiya şəhərində keçirilən 69-cu film festivalı başa çatıb. Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, festivalın əsas mükafatı sayılan “Qızıl Şir” öz sahibi tapıb. Mükafat Cənubi Koreya rejissoru Kim Ki Dukun “Pieta” (Mərhəmət) adlı filminə verilib. “Gümüş Şir” mükafatını Hollivudun tanınmış rejissorlarından Paul Tomas Andersonun “The Master”( Usta) filmi alıb. “Gənc Şir” mükafatına isə türkiyəli rejissor Ali Aydının “Küf” adlı filmi layiq görülüb.
Festivalda ən yaxşı aktyor “Usta”nın iki aktyoru - Filip Seymur Hoffman ilə Xoakin Feniks olub. Ən yaxşı aktrisa isə israilli Hadas Yaron seçilib. Münsiflərin xüsusi mükafatını isə avstraliyalı rejissor Ulriç Seidl “Paradise-Faith” ( Cənnət –İnam) ilə əldə edib.
Qeyd edək ki, Venesiya film festivalı avqustun 29-u sentyabrın 8-i tarixlərində keçirilib.
Jalə

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB
20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi
20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı
19 avqust 2025 , 13:57
"Avroviziya"nın loqosu yeniləndi
19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19