Yuxuda telefon görmək  nə vəd edir?
20 sentyabr 2022 09:16 (UTC +04:00)

Yuxuda telefon görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də texnoloji vasitələrdir. Bəs, yuxuda telefon görmək nə vəd edir? 

Lent.az yuxuda telefon görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Telefon yuxularda sizinlə digərləri arasında əlaqələndirici xarakter daşıyır. 

Yuxuda Telefon görmək yaxşı şeylərə işarədir. Sevindirici və ümidverici sözlər eşitməyə, işinizdə yüksəlişə və yuxu sahibinin sərvətinin artacağını ifadə edir. 

Yuxuda telefon görən şəxsin arxasından onun üçün daima dua edən, onu hər işində yanında olan, dəstəkləyən və heç vaxt tək buraxmayan birinə dəlalət edər.

Yuxuda telefon danışığı görən şəxs sonda eşitmək istədiyi sözləri eşidəcək. Əgər yuxuda telefonun zəng çalmasını görürsünüzsə, bu dərhal yaxşı nəticə əldə edəcəyiniz iş və ya görüş mənasını verir. 

Yuxuda cib telefonunu görmək, həsrətində olduğunuz, sevdiyiniz birinə zəng etmək, yenidən onunla görüşmək və köhnə dostluqları canlandırmaq deməkdir.

Ancaq onu da qeyd etmək lazımdır ki, bəzi hallarda yuxuda telefon görmək yoxluğu, darlığı da ifadə edə bilər. 

Yuxuda telefon almaq yaxşı xəbər alacağınızı bildirir. Həmçinin, iş həyatınızda yüksək vəzifələrə gələcəyiniz də istisna deyil. 

Yuxuda telefon tapdığını görmək, xəyalpərəstin əhəmiyyətli bir görüşmə edəcəyinə dəlalət edər. Yuxu sahibi , işi ilə əlaqədar özündən üst mövqelərdə olan biri ilə görüş edəcək. Yuxuda sahibinin edəcəyi bu görüş, ümumiyyətlə iş həyatı ilə əlaqəli olaraq yozulsa da, bəzi hallarda daşınacağı və ya satın alacağı mal, mülk ilə əlaqədar də ola bilər.

Yuxuda  telefonun qırılmasını görmək çox kədərli bir xəbər alacağınıza işarədir. Bəzi yuxu yozanlara görə, bu qohumlar arasında fikir ayrılığının yaranmasına və ya sevdiyiniz biri ilə yollarınızın ayrılmasına gətirib çıxarır. Həmçinin, yuxuda telefonun qırıldığını görən şəxs uzun müddət gözlədiyi xəbəri ala və ya ümid etdiyi bir istəyinə çata bilməyəcəyi kimi yozulur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4884
avatar

Sevinc Fərid

Oxşar yazılar