Unutqanlığı aradan qaldırmağın  7 ÜSULU
07 aprel 2021 14:56 (UTC +04:00)

Unutqanlığı aradan qaldırmağın 7 ÜSULU

İnsanlar son zamanlar ən çox unutqanlıqdan şikayətlənirlər. Araşdırmalar vaxtı məlum olub ki, unutqanlığın bir çox səbəbləri var və bu səbəblər hər kəs üçün fərqlidir. Stress, depressiya, dərmanlardan çox istifadə və spirtli içkilər unutqanlıq yarada bilər.

Lent.az unutqanlığın qarşısını almaq üçün yardımçı vaistələri təqdim edir:

Siyahı tutun

Hər həftə edəcəklərinizin siyahısını tutun. Bu siyahını üzərinizdə deyil, buzdolabına yapışdıra və çalışma masasının üzərinə qoya bilərsiniz.

Texnologiyadan yararlanın

Ağıllı telefon və kompüterdə yer alan imkanlardan, xatırlatma funksiyalarından istifadə edərək, unutqanlığı aradan qaldırmaq olar.

Əşyalarınızı qutuya toplayın

Hər gün evdən çıxanda çox istifadə etdiyiniz əşyaları bir qutuda cəm edin. Evə qayıdan zaman dəyərli əşyalarınızı heç yerdə unutmayacaqsınız.

Vizual xatırlatmadan istifadə edin

Unutqan insanlar bu üsuldan tez-tez istifadə edir: Xatırlatmağa çətinlik çəkdiklərinizin fotosunu çəkirlər. Məsələn, ütünü elektrikdən ayırıb-ayırmadığına əmin olmaq üçün foto çəkərək, narahatlığa son qoymaq olar.

Planınızı səsli şəkildə təkrar edin

Bu üsul qəribə görünə bilər. Amma istifadəçilər bunun unutqanlığa çarə olduğunu deyirlər.

Təxirə salmayın

Görəcəyiniz hansısa işi heç vaxt təxirə salmayın. Unutqanlığın ən böyük səbəblərindən biri də budur.

Yuxu və qidalanma rejimi

Yuxusuzluq və nizamsız qida yorğunluğa, yorğunluq diqqətsizliyə və bu da unutqanlığa səbəb olur. Bu səbəbdən unutqanlığı aradan qaldırmaq üçün yuxu və qida rejiminə nəzarət edilməlidir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3741
avatar

Nigar Adil

Oxşar yazılar