UĞURUN SİRRİ – Bacarıqlı insanların  gizli sözü   AÇIQLANDI
03 dekabr 2023 17:31 (UTC +04:00)

UĞURUN SİRRİ – Bacarıqlı insanların gizli sözü AÇIQLANDI

Bir qrup psixoloq araşdırma aparıb, nəticədə sübut olunub ki, həyatda uğur qazanan insanlar səhv etdikləri zaman etiraf etməyi bilirlər. Beləliklə, “səhv etdim” ifadəsi bir növ uğurun açarıdır.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, psixoloqların fikrincə, səhv etdiyini etiraf edən şəxs biznesdə daha az bacarıqlı sayılır, lakin eksperimentin nəticələri bunun əksini göstərir - başqaları belə insanları ağıllı, mehriban və tərbiyəli kimi qəbul edirlər.

"Əsas odur ki, özünüzə xatırladın ki, davranış səhv olsa belə, gələcəkdə onu dəyişdirə bilərsiniz. Və yalnız öz səhvinizi etiraf etmək o demək deyil ki, siz pis insansınız", - psixoloqlar vurğulayır.

Uğurlu insanların səhvlərini etiraf etdikləri və onları düzəltməyə hazır olduqları qeyd edilir. Beləliklə, bir insan davranışlarını dəyişdirə biləcəyinə inanırsa, səhvləri üçün məsuliyyəti daha çox qəbul edir.

# 4203
avatar

Oxşar yazılar