Təkcə saç yumaq üçün deyil: Qətran sabunun FAYDALARI
19 mart 2025 11:20 (UTC +04:00)

Təkcə saç yumaq üçün deyil: Qətran sabunun FAYDALARI

Bəzi insanlar qətran sabununun spesifik qoxusuna görə ondan istifadə etməyi sevmirlər. Lakin bu məhsul çox faydalıdır və bir çox məqsədlə istifadə edilə bilər.

Lent.az sizə qətran sabunun gündəlik həyatda necə tətbiq edilə biləcəyini izah edir:

Qətran sabununun az bilinən faydaları

Qətran sabunu adi sabunlardan daha güclü antiseptik xüsusiyyətlərə malikdir. O, mikrobları daha effektiv şəkildə məhv edir və uzun müddət təsir göstərir.

Paltar yumaq üçün ideal vasitədir
Aktiv həyat tərzi keçirənlər və idmançılar üçün mükəmməl seçimdir.
Tərləmə və çətin çıxan ləkələrlə mübarizə aparır.
Ağac qətranı tərkibli sabun pis qoxuları yox edir və çətin ləkələri təmizləyir.
Əgər yuduqdan sonra qoxusu sizi narahat edərsə, paltarları açıq havada qurudun – qoxu tez yox olacaq.

Göbələk infeksiyalarının qarşısını alır
Hovuz və idman zallarına tez-tez gedirsinizsə, bu sabun göbələk xəstəliklərinin qarşısını almağa kömək edəcək. Məşqdən sonra ayaqlarınızı qətran sabunu ilə yuyun – infeksiyalardan qorunacaqsınız.

Bitkilər üçün faydalıdır

Otaq bitkilərini zərərvericilərdən qorumaq üçün istifadə olunur.

Resept:

0,5 litr suya 1 çay qaşığı rəndələnmiş qətran sabunu əlavə edin və tam həll olunana qədər qarışdırın. Məhlulu sprey qabına tökün və ayda 1 dəfə bitkilərin yarpaqlarına püskürdün. Əgər bitkilərdə artıq həşərat izləri varsa, nəm süngərdən istifadə edərək yarpaqları ehtiyatla silin.

Dəri problemlərinə qarşı təsirlidir

Qızartılar, səpgilər və dəri qıcıqlanmaları üçün qətran sabunu yaxşı vasitədir.

İstifadə qaydası:

Kiçik bir miqdarda qətran sabununu suda həll edin. Qızarmış və ya iltihablı nahiyələrə çəkin.

Saçlar üçün faydalıdır

Kəpək problemi olanlar üçün effektivdir. 2 həftədə 1 dəfə şampun əvəzinə qətran sabunu istifadə edin – saçlarınız daha sağlam, parlaq və güclü olacaq.

Yaraların sağalmasını sürətləndirir

Kiçik çatlar və yaralar üçün idealdır. Zədələnmiş dərini bərpa edir və regenerasiya prosesini sürətləndirir. Qətran sabunu sadə, təbii və çoxfunksiyalı bir vasitədir. O, antiseptik, təmizləyici, göbələk əleyhinə və bərpaedici xüsusiyyətlərə malikdir. Bu səbəbdən məişətdə və şəxsi gigiyenada geniş istifadə edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar