Stüardessa dünya çempionunu uşaq sandı: "İçki istəyəndə şoka düşdü"
12 iyul 2022 18:31 (UTC +04:00)

Stüardessa dünya çempionunu uşaq sandı: "İçki istəyəndə şoka düşdü"

Gimnastika üzrə dördqat Olimpiya çempionu Somona Beylz təyyarədə azyaşlı uşaq hesab edilməsi barədə maraqlı əhvalat danışıb.

Lent.az  xəbər verir ki, idmançı bu barədə özünün “Instagram” hesabında yazıb.  

O bildirib ki, balaca boyuna görə, təyyarənin stüardessası boyu 142 santimetr olan idmançını uşaq bilərək, başını qatmaq üçün rəngli karandaş və albom təklif edib. 

“Mən spirtli kokteyl xahiş etdim, stüardessa isə buna yaşımın çatmadığını, əvəzində əylənmək üçün rəngli karandaş və albom verə biləcəyini dedi. Mən 25 yaşım olduğunu bildirəndə, o mənə mimoza çiçəyi təqdim edərək, könlümü aldı”, deyə Baylz vurğulayıb.

Qeyd edək ki, Baylz Olimpiya oyunlarında 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. O, 19 qat dünya çempionudur və dünyada Prezident tərəfindən təqdim edilən “Azadlıq medalı”nı almış ən gənc insandır. Beylz dünyanın ən bahalı idmançıları siyahısında dördüncü yeri tutur.

# 2325
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar