Soyuq suda üzmə  REKORDU: Təəccüblənəcəksiniz
19 iyun 2024 17:14 (UTC +04:00)

Soyuq suda üzmə REKORDU: Təəccüblənəcəksiniz

Rekordlar dünyası həmişə heyrətamiz və rəngarəngdir. Çünki bu, bizə insan imkanlarına məhdudiyyətin olmadığını göstərir. 

Lent.az xəbər verir ki, bəzən əldə olunan nailiyyətlər çoxlarını öz rekordlarını qırmağa ruhlandırır.

Məsələn, üzgüçülük ən məşhur və kifayət qədər yayılmış idman növlərindən biridir. Bununla belə, üzgüçülər normal hərəkət edə bilmələri və sağlamlıq problemləri yaşamamaları üçün rahat temperaturlu suda üzürlər. 

Soyuq suda üzmək obyektiv olaraq çətindir. Ancaq bununla bağlı maraqlı rekord var. 

Rusiyada suda üzmə rekordu qırılıb. Məlumata görə, peşəkar idmançılardan ibarət komandanın toplanması qərara alınıb.

Səkkiz komanda üzvünün hər birindən yarım saat üzmək istənilib. Maraqlıdır ki, rekordun qırılması üçün çox soyuq suyu olan Krasnoyarsk su anbarı seçilib. Nəticədə idmançılar 370 kilometrdən çox məsafə qət etməyi bacarıblar.

Bu nailiyyət Rusiyanın Rekordlar Kitabına daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383
avatar

Sevinc Fərid

Oxşar yazılar