Söhbət zamanı  qollarınızı sinənizdə   çarpazlaşdırmayın - SƏBƏB
27 may 2024 16:39 (UTC +04:00)

Söhbət zamanı qollarınızı sinənizdə çarpazlaşdırmayın - SƏBƏB

Bir çox insanlar qollarını sinələrində çarpazlaşdırmağa vərdiş edirlər. Bəlkə də bu mövqe rahatdır. Amma kimləsə danışanda, eləcə də ictimaiyyət qarşısında çıxışlar zamanı bundan imtina etməlisiniz.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, çarpaz qollar bəzi insanlar tərəfindən mənfi şəkildə qəbul edilir.

Həmsöhbət və ya tamaşaçı yanlış nəticə çıxara bilər ki, bu da sizin rəğbətinizin yox olmasına səbəb olacaq.

Çapraz qollar nə deməkdir?

Məşhur inanca görə, belə bir duruş insanın həmsöhbətdən "özünü bağladığını" göstərir. Başqa şərhlər də var: həmkarına qarşı düşmən münasibət, qeyri-səmimilik.

Bunlar insanın düşüncəsində həqiqətə uyğun olmaya bilər. Ola bilər ki, insan sadəcə özü üçün ən rahat mövqeyi seçib. Beləliklə, o, danışdığı insana olduqca normal yanaşır.

Yenə də söhbət zamanı qollarınızı sinənizin üstündə çarpazlaşdırmamağa çalışın. Mümkündür ki, həmsöhbətiniz bunu dərhal "deşifrə etməyə" və guya mənfi münasibətiniz barədə yanlış nəticəyə gəlməyə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3114
avatar

Fidan İlqar

Oxşar yazılar