Keniyada baş vermiş hadisə dünya mediasının gündəmindədir.
Lent.az-ın xəbərinə görə, əyalətlərin birində ev qulluqçusu polisə zəng edərək bağda şir gördüyünü bildirib.
Hadisə yerinə polislərlə yanaşı təbiəti mühafizə edənlər də gəlib. Onlar ehtiyat tədbiri alaraq bağı diqqətlə araşdırıblar. 1 saatlıq axtarışdan sonra qarşılarına... polietilen paket çıxıb.
Məlum oldu ki, üzərində şir təsviri olan polietilen çantanı külək ağacların altına atıb.
Hadisədən xəbər tutub evə gələn ev sahibi çantasını tanıyıb. O, bildirib ki, çantanı qurumaq üçün pəncərəyə qoyubmuş. Qulluqçuya isə onu dünyada məşhur etdiyi üçün mükafat verib.