REKORD: Bu kuklalar  üç saniyəyə   satıldı
16 may 2022 08:35 (UTC +04:00)

REKORD: Bu kuklalar üç saniyəyə satıldı

Böyük Britaniya kraliçası II Elizabetanın hakimiyyətinin 70-ci ildönümü üçün xüsusi olaraq hazırlanan və məhdud sayda olan barbi kuklaları üç saniyəyə satılıb. 

Lent.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb. 

Kuklalar 95 funta satılıb. 

Oyuncaq iyun ayında geniş şəkildə qeyd olunacaq Britaniya kraliçasının hakimiyyətinin platin ildönümünün qeyd edilməsi üçün suvenirlərdən biridir.

Kuklanın üzü demək olar ki, Kraliça Elizabetin üzünü təkrarlayır. 

Eyni zamanda, onun fil sümüyü rəngli paltarı və mavi lenti Kraliçanın rəsmi fotoşəkillər üçün geyinməyə üstünlük verdiyi paltarlara bənzəyir.

"eBay" onlayn satış saytında II Elizabetin obrazında olan kuklanın qiyməti 180 funt sterlinqdən (220 dollar) başlayır, yəni ilkin qiymətdən təxminən iki dəfə baha.
 

# 2259
avatar

Oxşar yazılar