Quşların yaratdığı MÖCÜZƏ  -FOTOLENT
06 avqust 2021 11:12 (UTC +04:00)

Quşların yaratdığı MÖCÜZƏ -FOTOLENT

Hindistanın Ajmer kəndində toxucu quşların yuva qurma sənəti gözəl görüntülər yaradıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, elmi adı “Ploceidae” olan, Afrika, Hindistan və Avstraliya yaxınlığındakı adalarda yaşayan bu quşlar, bənzərsiz yuvaları ilə diqqəti cəlb edir.

Güclü yağışların davam etdiyi Hindistanda yuva qurmağa tələsən toxucu quşlar, yerdən qopardıqları təzə yaşıl otları ağac budaqlarına toxuyaraq yuvalarını qururlar. Toxuculuğu kişi fərd tərəfindən edilən bu cinsin dişiləri yuvaların içini düzür.

Quşlar kifayət qədər su və yaşıl sahə tapmaq üçün insan məskənlərinə yaxın ərazilərdə yuva qurmağa üstünlük verirlər.Ətrafdan topladıqları təzə yaşıl otları ağacların ən güclü budaqlarına daşıyan quşlar əvvəlcə yuvanın girişini, sonra da ətrafını diqqətlə hörürlər.

Ağacın budağından asılmış lampaya bənzəyən yuvalar görənlərin gözünü oxşayır. Elə isə gözlərimizi bu gözəllikdən məhrum etməyək. Fotoları birlikdə izləyək.

# 3777
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar