"Qızıl" yaxta  - bu yalnız Dubayda mümkündür
06 dekabr 2023 15:01 (UTC +04:00)

"Qızıl" yaxta - bu yalnız Dubayda mümkündür

"Qızıl" yaxta - bu yalnız Dubayda mümkündür. 2023-cü ilin yayında real qızıl tozunu ehtiva edən xüsusi boyadan istifadə edərək təmir edildikdən sonra bu yaxta cazibəsini artırıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Furrion" texnologiya şirkətinin multimilyoner qurucusu və baş direktoru, yaxta sahibi Aaron Fiedler içəridə eyni dərəcədə göz oxşayan elementlər, kəskin ziddiyyətli interyer rəngləri, dəbdəbəli materiallar və gümüş heykəllər kimi unikal bəzəklər sifariş edib.

Parlaq qara və ağ çalarlarla daha monoxromatik atmosferlə əvəz olunub. Rəsmi yeməkxanada xrom və almaz vurğuları, sonsuzluq güzgüləri, incə mərmər və göz oxşayan gümüş pələngləri ilə içəriyə çoxlu qlamur hava qatıb.

"Qızıl tozunu və dəniz boyasını qarışdırmaq üçün vaxt, pul və enerji lazım idi ki, günəş işığında parıldasın" deyə yaxta sahibi bildirib. Günəş işığında əyləncə zamanı qızıl yaxtanın göyərtəsin zövq alırıq. Çünki məkanın atmosferi, DJ kabinəsi və əsas göyərtədə yer alan yeni dinamiklər ilə hər şey heyranedicidir.

Günəş göyərtəsində yaxşı təchiz olunmuş idman zalı və masaj otağı, həmçinin altı nəfərlik cakuzi var, ön göyərtə isə açıq hava kinoteatrında günəş vannası qəbul etmək və sevimli filminizə baxmaq üçün mükəmməl yerdir.

Bir vaxtlar Cənubi Florida ştatında Solemates yaxtasında göyərtəçi, daha sonra isə 180 futluq yaxtada baş mühəndis kimi çalışmış kompüter elektronikası mühəndisi Fiedlerin yaxtaçılıq sənayesi ilə uzun müddətdir əlaqələri var. Karyerası, qardaşı ilə "Furrion" şirkətini qurmazdan əvvəl, yaxtalar və limanlar arasında telefon rabitəçisi kimi davam edib.

Bu gün onun həftədə 122.000 dollara icarəyə verdiyi qızıl ulduz gəmisi var.

# 4368
avatar

Fidan İlqar

Oxşar yazılar