Paltaryuyanda bu üsul işinizi daha da  ASANLAŞDIRACAQ 
12 may 2022 02:26 (UTC +04:00)

Paltaryuyanda bu üsul işinizi daha da ASANLAŞDIRACAQ 

Bir çoxları yuyucu tozu paltaryuyan maşında ayrılmış xüsusi yerə tökür.

Lent.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “TikTok”da “Clean with Bek” (Beklə birgə təmizlə) səhifəsində bloqer bu üsuldan qaçmağı təklif edib.

Bloqer yuyucu tozu xüsusi bölməyə deyil birbaşa paltaryuyanın barabanın əlavə etməyi tövsiyyə edib.

Onun sözlərinə görə, bu sadə üsul cihazın işini asanlaşdırmaqla onun işləmə müddətini artırır.

Bloqer bildirib ki, bu hərəkətlə paltaryuyanın yuyucu tozun tökülməsi üçün nəzərdə tutulan hissəsinin əlavə təmizliyindən azad olacağınızı bildirib.

Həmçinin yuyucu tozu birbaşa barabana əlavə etmək paltarlarda təzə qoxunun uzun müddət qalmasına imkan verir.

Bununla belə, təmizlik mütəxəssisi vurğuladı ki, yuyulmadan əvvəl tozun bu şəkildə istifadə oluna biləcəyinə əmin olmaq üçün onun təlimatlarını oxumaq daha yaxşıdır. 

# 2415
avatar

Oxşar yazılar