Ölü dəfn mərasimində ayıldı
11 may 2022 01:09 (UTC +04:00)

Ölü dəfn mərasimində ayıldı

Peruda baş verən hadisə daha bir həkim səhvini üzə çıxarıb.

Lent.az-ın xəbərinə görə, avtomobil qəzasında yaralanan qadın və qaynı xəstəxanaya çatdırılsa da, qaynı yolda ölüb. Qadının özünün də palataya yerləşdirildiyi anda ölməsi rəsmiləşdirilib. 

Ötən gün dəfn mərasimindən sonra qadın torpağa tapşırılarkən qəbiristanlıq işçisi onun şəxsiyyətini yoxlamaq üçün tabutu açıb. Məlum olub qadın güclə nəfəs alır. Hadisə yerində 5 nəfərin qorxudan ürəyi gedib. Özünə güvənən insanlar qadını xəstəxanaya çatdırıblar. Lakin bu dəfə artıq gec idi. Həkimlər ölümü təsdiq etdilər.

Eyni zamanda məlum olub ki, qadın qəzadan sonra xəstəxanaya gətiriləndə həkim dərin komanı ölümlə səhv salıb. 
 

# 3141
avatar

Oxşar yazılar