Müasir insanın beyni niyə kiçilib? –  SƏBƏBLƏRİ
24 oktyabr 2021 18:54 (UTC +04:00)

Müasir insanın beyni niyə kiçilib? – SƏBƏBLƏRİ

ABŞ -dan olan tədqiqatçılar insan beyninin orta ölçüsünün azaldığı qənaətinə gəliblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, alimlərin fikrincə, bu, təxminən 3 min il əvvəl baş verib.

Eyni zamanda, sinir sisteminin mərkəzi orqanı ilə əks proses baş verib.

Belə ki, 1,5 və 2 milyon il əvvəl insan beyni böyük olub.
Dartmut Kollecinin əməkdaşları bir neçə min il əvvəl hər şeyin niyə dəyişdiyinə dair fikirlərini bölüşüblər.

Mütəxəssislər qeyd ediblər ki, elmi ictimaiyyət uzun müddət suala cavab verə bilmir: “Müasir insanın beyni niyə uzaq əcdadlarının sinir sisteminin mərkəzi orqanından daha kiçikdir?”

Ancaq bu dəfə hipotez formalaşdırılıb. Bunun üçün qarışqa koloniyalarının quruluşları öyrənilib.

Məlum olub ki, koloniyaların daha mütəşəkkilləşdiyi dövrdə həşəratların beyni kiçilir.

Beləliklə, insan beyninin həcminin azalmasına səbəb cəmiyyətin inkişafı ilə birlikdə orqanın bəzi funksiyalarının kollektiv düşüncəyə keçməsidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3021
avatar

Oxşar yazılar