Milyonçunun arvadı   həftədə nə qədər pul xərcləyir? –  ŞOK  açıqlama
13 oktyabr 2023 19:27 (UTC +04:00)

Milyonçunun arvadı həftədə nə qədər pul xərcləyir? – ŞOK açıqlama

Dubay milyonçusunun həyat yoldaşı Linda Andrade bu yaxınlarda pullarını necə xərcləməyi xoşladığını açıqlayıb. Rəqəmlər heyrətedicidir.
 
Lent.az xarici mediaya istinadən bildirir ki, Linda “TikTok”da xərclərini “Bir milyonerin arvadı olaraq bu həftə nə qədər qazandım” adlı videoda paylaşıb. Qadının sözlərinə görə, o, həftədə 1.411.008 dollar xərcləyib. Qadının həftəlik alış-veriş xərci isə 356 214 dollar olub.
 
Qadın sonra ərindən əlavə 229 141 dollar alıb. O, bu pulu içkilərə və axşam yeməyinə xərcləyib. O, lüks şokolad almaq üçün 7210 dollar xərcləyib.
 
Əri Riki daha sonra qızıl-zinət əşyalarına 201,200 dollar buraxıb və əyləncə üçün ona əlavə 52,210 dollar verib. Video qadının qayıqda oturaraq “təsadüfi çərşənbədə” 216 789 dollar xərclədiyini üzə çıxarması ilə bitir.
 
Linda özünü "əsl Dubay evdar qadını" adlandırır. 24 yaşlı gəncin dəbdəbəli həyatını “TikTok”da 796 800 izləyici izləyir.
 
 

# 3201
avatar

Oxşar yazılar