Rusiyanın Kurqan şəhərindəki keçmiş meyitxana
16 dekabr 2020 19:30 (UTC +04:00)

Rusiyanın Kurqan şəhərindəki keçmiş meyitxana

Meyitxana otelə çevriləcək-FOTO

Rusiyanın Kurqan şəhərində keçmiş meyitxana binası otelə çevriləcək.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, səlahiyyətli şəxslər müəssisənin yenidən qurulması üçün müvafiq icazə veriblər.

Bu, hazırda koronavirus xəstələrinin yerləşdiyi ikinci şəhər xəstəxanasının patoloji şöbəsidir. İcazə “Təmizlik texnologiyası – Kurqan” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilib. Bu MMC kimyəvi maddələrlə ticarət edir, binaları və digər xidmətləri dezinfeksiya edir.

Xəstəxanadakı mənbələr agentliyə bildiriblər ki, meyitxana son 20 ildə bağlıdır.

Region hökumətindən 2 saylı Kurgan Xəstəxanasının patoloji binasının 1990-cı illərdən bəri işləmədiyini söyləyib. 2013-cü ildə obyekt şəhərin əmlak və torpaq münasibətləri şöbəsinə verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4251
avatar

Oxşar yazılar