Maykl Ceksonun uşaqları niyə ağdərili idi? – SENSASİON İDDİALAR
07 yanvar 2021 11:08 (UTC +04:00)

Maykl Ceksonun uşaqları niyə ağdərili idi? – SENSASİON İDDİALAR

Neqroid irqinə mənsub Pop kralı Maykl Cekson haqqında sağlığında olduğun kimi, ölümündən sonra da qalmaqallı fikirlər səsləndirilməkdədir. 

Bu dəfə “hədəf” Mayklın övladları ilə bağlı müəmma dolu məqamlardır: Niyə Cekson genetik olaraq qaradərili olsa da, onun övladları ağdərili idi?

Lent.az xarici KİV-ə istinadən bu sualdan doğan bir sıra məqamları diqqətə çatdırır.

Məlum olduğu kimi, ünlü sənətkarın üç övladından ikisinin – Prins və Perisin anası musiqiçi Debbie Rou idi. Hər iki uşağın ağbəniz olması istər-istəməz Ceksonun bioloji atalığını şübhə altına alırdı. Elmi cəhətdən bəzən belə hallara rast gəlmək mümkündür. Yəni neqroid irqinin xüsusiyyətləri və keyfiyyətləri qadınlar vasitəsi ilə ötürülə bilir. Mayklın ailə şəcərəsində də qadın cinsindən ağbəniz insanlar olub. Bu səbəbdən bildirilir ki, Ceksonun uşaqları neqroid irqinin xüsusiyyətləri nəzərə alınaraq ağdərili ola bilərdi. Lakin burda bir məqam diqqət çəkir – adıçəkilən uşaqlarda neqroid xüsusiyyətləri, eləcə də atalarına oxşarlıq hiss olunmurdu.

Uşaqlardan kiçiyi surqut anadan doğulub. Bu da genə bir o qədər təsir edən amillərdən deyil. Ən maraqlısı isə, müğənnin ölümündən sonra uşaqlar haqqında “atası mənəm” deyən namizədlərin peyda olması idi. 

Prins və Perisin atası olduğunu elan edən ilk şəxs aktyor Mark Lester oldu. Mark hüquqlarını tələb etməyə və uşaqların qəyyumu olmağa çalışırdı, lakin Cekson ailəsinin sərt müqaviməti ilə qarşılaşdı.

Digər bir iddiaçı Ceksonun dermatoloqu Arnold Klein idi, lakin sonədək tələblərində israr etmədi.

Hətta bir müddət əvvəl surğut anadan olan Perisin bioloji atasının Ceksonun mühafizəçisi olduğu barədə də şayiələr yayılmışdı.

Rəsul

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10140
avatar

Oxşar yazılar