Lələklərdən birini seçin,  yaşam missiyanızı  anlayın
20 iyun 2024 16:53 (UTC +04:00)

Lələklərdən birini seçin, yaşam missiyanızı anlayın

Həyat məqsədi gündəlik həyatımızda gördüyümüz işlərlə birbaşa əlaqəli deyil. Hər bir insanın  həyata gəliş məqsədi dünyanı yaxşılığa doğru dəyişdirmək üçün həyatımızda edə biləcəyimiz şeydir!  

Bəs sizin missiyanız nədir? Bunu öyrənmək üçün lələklərdən birini seçin.

Lent.az növbəti psixoloji testi təqdim edir.

1. Yaratmaq

İlk lələyi seçmisinizsə, bu, həyat missiyanızın yaradıcılıqla bağlı olmasıdır. Siz orijinal düşüncəyə malik, xəyallarınızı gerçəkləşdirməyi bacaran bir insansınız.

Əgər dünyanın daha yaxşı bir yerə çevrilməsi üçün lazım olan şey hələ icad olunmayıbsa, onu yaratmaq sizin ixtiyarınızdadır!

2. Qayğı göstərmək

İkinci lələyi seçmisinizsə, bu, çox həssas və hər zaman başqalarının qayğısına qalan bir insan olduğunuz üçündür. Bu dünyada sizin missiyanız ətrafınızdakı insanlara dəstək olmaqdır.

3. Şəfa vermək

Üçüncü lələyi seçmisinizsə, bu həyatdakı missiyanız sağaltmaqdır. Başqalarının nəyə ehtiyacı olduğunu, onlara nəyin zərər verdiyini, nəyin çatışmadığını öyrənmək imkanınız var.

4. Enerji vermək

Dördüncü lələyi seçmisinizsə, içinizdə qaynayan sonsuz enerji var və bu, sizə dəyişiklik və yeni bir şey arzusu verir. Missiyanız müsbət duyğular yaradan enerjinizi insanlarla bölüşməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4299
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar