Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes 73 milyon dollarlıq Gulfstream G650 şəxsi təyyarəsinin ultra dəbdəbəli interyerini nümayiş etdirib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, təyyarə iki nəfərlik çarpayı, 80-100 ədəd baqaj yerləşdirə bilən üç böyük kupe və böyük ailənin dincəlməsi və oynaması üçün dörd geniş yaşayış sahəsi ilə təchiz olunub.
Unikal xüsusiyyət - fərdi oturacaqlardır. Son “Instagram” yazısında Rodriqes, adının üzərində işlənmiş baş dayaqlarını göstərib.
Bu dəbdəbəli səhnəyə masanın üstündə Louis Vuitton planlayıcısının yanında təsadüfən qoyulmuş qara Hermès Birkin çantası əlavə edilib.