İnegöl mahalında yaşıl kürə şəklində koronavirus kostyumu geyərək küçələrdə gəzən aktyor vətəndaşlara maskanı, məsafəni və təmizlik qaydalarını xatırlatıb.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, vətəndaşların məlumatını artırmaq üçün xəbərdarlıq işlərinin aparıldığı İnegöldə, koronavirus epidemiyası ilə əlaqədar tədbir təşkil edilib.
İnegöl bələdiyyəsi şəhər teatrlarının hazırladığı iş çərçivəsində bir heyət üzvü vətəndaşları məlumatlandırmaq üçün koronavirus kostyumu ilə şəhərin ən işlək küçələrində xəbərdarlıq işləri aparıb.
Bəzən kassada növbə gözləyən vətəndaşlar arasında olan "koronavirus", bəzən də bankda oturan yaşlıların yanına gedir, yaxud səssizcə yaxınlaşaraq qrup halında gəzən insanlara xəbərdarlıq edib.