Kişi və qadın beyni:  Hansı Daha Güclüdür?
23 avqust 2024 12:24 (UTC +04:00)

Kişi və qadın beyni: Hansı Daha Güclüdür?

Kişilərin qadınlardan daha ağıllı olduğunu iddia edən insanlar sübut kimi şahmatdakı nəticələri, əksər ölkələrin rəhbərlərinin, dünyanın ən varlı adamlarının, tarixi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin kişi cinsindən olduğunu arqument kimi gətirir.

Maraqlıdır, bəs elmi açıqlama necədir? Kişi beyni qadın beynindən daha güclüdür?

Lent.az xəbər verir ki, bu barədə elmi açıqlamanı Yaddaş üzrə Dünya Çempionu Orxan İbadov verib. 

20 il beyni araşdıran və 7 il yaddaş yarışlarında iştirak edən biri kimi Orxan İbadov bildirib ki, bu belə deyil.

"Aşağıda hər biri eyni dərəcədə əhəmiyyətli olan 13 koqnitiv meyar əsasında kişi və qadın beyninin müqayisəsini göstərirəm. Bu meyarlarla müqayisə iki fərqli beyni müqayisə etmək üçün ən etibarlı elmi metoddur. Hər göstərici üzrə kimin daha üstün olduğuna baxaq:

Məntiqi zəka (IQ) - KİŞİ BEYNİ daha üstündür.

Verbal zəka - QADIN BEYNİ daha üstündür.

Məkan zəkası - KİŞİ BEYNİ daha üstündür.

Musiqi zəkası - birinin üstünlüyü barədə elmi sübut yoxdur.

Kinestetik zəka - birinin üstünlüyü barədə elmi sübut yoxdur.

Sosial zəka - QADIN BEYNİ daha üstündür.

Emosional zəka - QADIN BEYNİ daha üstündür.

Təbiət zəkası - birinin üstünlüyü barədə elmi sübut yoxdur.

Yaradıcı zəka - KİŞİ BEYNİ daha üstündür.

Ruhani zəka - birinin üstünlüyü barədə elmi sübut yoxdur.

Vizualizasiya - KİŞİ BEYNİ daha üstündür.

İntuisiya - QADIN BEYNİ daha üstündür.

Yaddaş - QADIN BEYNİ daha üstündür.

Göründüyü kimi, elmi araşdırmalar 13 meyarın 5-ində qadınların, 4-ündə isə kişilərin daha üstün olduğunu göstərir. Qalan 4 meyar üzrə isə ədəbiyyatda birmənalı mövqe və ya dərin elmi araşdırma yoxdur.

NƏTİCƏ: Hər iki cinsin beyni eyni dərəcədə güclüdür. Əgər məcbur olub qalibi seçsək, bu, yəqin ki Qadın Beyni olardı. Yaxşı olardı ki, cəmiyyətdə müzakirə olunan hər bir mövzu üzrə elmə və sırf o sahə üzrə ekspert rəyinə istinad olunardı.

Yəni ki, bu mövzu (beynin gücü) üzrə fotoqraflar, filosoflar, şairlər, şahmatçılardan daha çox koqnitiv elmlər üzrə alimlərin, ekspertlərin fikirlərinə diqqət vermək lazımdır ki, cəmiyyətdə yersiz mübahisələr olmasın".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7902
avatar

Fidan İlqar

Oxşar yazılar