İntim fotolarını yerləşdirmək üçün  uşağını   atdı: Məsut Özilin  keçmiş sevgilisidir
28 noyabr 2023 19:59 (UTC +04:00)

İntim fotolarını yerləşdirmək üçün uşağını atdı: Məsut Özilin keçmiş sevgilisidir

Bu ilin əvvəlində Məsut Özil futbol oynamaqdan vaz keçdi. Türk əsilli almaniyalının nailiyyətləri göz önündədir. Bununla belə, karyerasının yüksələn vaxtında böyük bir problemlə qarşılaşmışdı. Bu problemin adı Aida Yespikadır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, venesuelalı gözəl 2012-ci ildə "Real"da çıxış edən Məsutla sevgili olub. O, davamlı olaraq Madriddən Milana qədər Aidanın arxasınca gedib, oyunlara hazırlıqlara laqeyd yanaşıb.

Joze Mourinyo vəziyyəti dəyişib. “Kral” klubunun prezidenti Florentino Peres illər sonra məşqçinin pedaqoji metodlarından danışıb:

“Özil Milandan olan bir modellə görüşürdü. Bir gün Mourinyo ona bütün “İnter” və “Milan” oyunçularının, eləcə də hər iki komandanın texniki heyətinin onunla sevişdiyini söyləyənədək”, – Florentino gülümsəyib.

Jozenin sözləri Məsiti ayıldıb və o, Yespikadan ayrılıb.

Ola bilsin ki, Mourinyo, Məsutu arzuolunmaz münasibətdən qəti şəkildə çəkindirmək üçün bir az həddi aşıb. Ancaq məlumdur ki, Aida əslində müxtəlif futbol adamları ilə münasibətdə olub. Bunlar Özildən başqa, "Milan"ın əfsanələri Filippo İnzaqi və Silvio Berluskoni, həmçinin "İnter"in futbolçusu Matteo Ferraridir.

Ferrari, 2008-ci ilin payızında hətta 2009-cu ildə Matteo ilə ayrıldıqdan sonra təkbaşına böyütməyə başladığı bir oğlan uşağı da dünyaya gətirib.

Məhz oğluna görə Yespika yenidən futbolsevərlərin informasiya meydanına düşüb.

Məsələ burasındadır ki, Aida “OnlyFans”da hesab yaradaraq abunəçiləri ilə maraqlı məzmunlu paylaşımlara başlayıb. İdeya uğur qazandı - qız ildə bir milyon dollardan çox pul qazanmağa başlayıb.

Nəticədə Yespika belə bir gəlirin onun üçün 14 yaşlı oğlunu böyütməkdən qat-qat vacib olduğunu düşünüb və qərara gəlib. Qız, vicdan əzabı çəkmədən, bütün diqqətini sərfəli bir işə cəmləmək üçün yeniyetməni atasına verib.

Yespika və Ferrarinin oğlunun dəyişikliklərə necə reaksiya verdiyi məlum deyil. Ancaq bir şey dəqiqdir: Özil Aidanın hərəkətindən xəbər tutsaydı, Mourinyoya mütləq təşəkkür sözləri yazacaqdı.

# 5373
avatar

Oxşar yazılar